Bəxtiyar Allahverdi “Tərəqqi” medalı ilə təltif olunub

Bəxtiyar Allahverdi “Tərəqqi” medalı ilə təltif olunub

İQTİSADİYYAT

Bugün, 15:19

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib. Təltif olunanlar sırasında Şirkətlər Qrupumuza daxil olan “Veysəloğlu Distribusiya” MMC-nin İdarə Heyətinin sədri Allahverdi Bəxtiyar Adil oğlu da yer alıb".

Mia.az xəbər verir ki, bu mövzu ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin daxil olduğu Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli öz sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu yüksək dövlət mükafatı Bəxtiyar Allahverdinin uzunmüddətli səmərəli fəaliyyəti, sahibkarlıq sahəsində əldə etdiyi uğurlar və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfənin göstəricisidir: "Veysəloğlu Şirkətlər Qrupu olaraq, Bəxtiyar müəllimin bu dövlət mükafatına layiq görülməsini böyük qürur hissi ilə qarşılayır, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR