Xırdalanda qətl: 31 yaşlı şəxs öldürüldü + FOTO (Yenilənib)

Xırdalanda qətl: 31 yaşlı şəxs öldürüldü + FOTO (Yenilənib)

KRİMİNAL

20.08.2026, 13:01

Xırdalanda mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.

Hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 1995-ci il təvəllüdlü Abdullayev Rasif Rəhman oğlu mübahisə zamanı bıçaqlanıb. O, aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

R.Abdullayevə xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır/Report.

***

Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Mia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ötən gecə Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib/qafqazinfo.

Fotoda Rasif Abdullayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR