Livan prezidenti İran və “Hizbullah”a qapıları bağladı: “Bu, savaş bizim deyil..."

Livan prezidenti İran və “Hizbullah”a qapıları bağladı: “Bu, savaş bizim deyil...\"

DÜNYA

Bugün, 16:33

Livan Prezidenti Cozef Aun İsrail ilə davam edən hücumları ilə bağlı mühüm açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsraillə atəşkəs anlaşmasının danışıqlar prosesində zəruri addım olduğunu xüsusi vurğulayıb.

O bildirib ki, bu, onun ölkəsinin rəsmi mövqeyidir və əksinə istənilən addım rəsmi Beyrutun mövqeyi ola bilməz.

Aunun sözlərinə görə, ölkəsi müharibəyə də hazır deyil: “Çünki ölkəmizdə müharibə ilə bağlı vahid mövqe, birlik yoxdur. Müharibəyə gedərkən ölkədə milli konsensus lazımdırmı? Əlbəttə. Bu varmı? Təəssüf ki, yox. Lakin İsrailin ölkəmizi təslim almaq tələbi ədə gülünc və qəbuledilməzdir. Etiraf edirəm ki, burada Livan xalqının da mövqeyi anlaşılandır. Çünki Livanın cənubundakı qruplaşmanın (Hizbullahı nəzərdə tutur-Mia.az) fəaliyyəti xalqımızın vahid mövqeyi deyil. Onlara görə başqaları müharibələrinin bədəlini ödəyir. Əgər müharibə yalnız ümumilikdə Livan üçün olsaydı, biz onu dəstəkləyərik, amma mən başqalarının (İrana işarə vurur – Mia.az) maraqları naminə aparılan müharibələri qəbul edə, orada ölkə olaraq döyüşməyi rədd edirəm".

Ölkə başçısı İsraillə danışıqların Livana xəyanət olması barədə səslənənləri də qəbul etməyib: “Bu, xəyanət deyil, əsl xəyanətin xarici maraqlar naminə ölkəni müharibəyə sürükləməkdir. Bizim də məqsədimiz İsraillə müharibə vəziyyətinə son qoymaqdır. Bunun üçün də atəşkəs və sülh sazişi lazımdır. Hər kəs də bilməlidir ki, Livan alçaldıcı bir razılaşmanı qəbul etməyəcək”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR