Ağcabədidə iki nəfər öldürüldü - FOTO (Yenilənib)

Ağcabədidə iki nəfər öldürüldü - FOTO (Yenilənib)

KRİMİNAL

Bugün, 12:27

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində iki nəfər öldürülüb.

Məlumata görə, qətlə yetirilən şəxslər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb.

Nəticədə 1996-cı il təvəllüdlü Mamedov Şaiq Telman oğlu, 1989-cu il təvəllüdlü Mamedov Həsən Teymurxan oğlu aldıqları xəsarətlərdən həyatlarını itiriblər.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki bilinmir.

Ağcabədi Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Araşdırmalar davam etdirilir/Report.

***

Bildirilir ki, tərəflər ötən gün kənddə keçiriləcək toy mərasiminin ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.

Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Məmmədovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.

***

Ağcabədi Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Fotoda Şaiq Mamedov

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR