45 il fərq, bənzər ssenari, eyni məkan... - O, kimdir? + FOTOLAR

45 il fərq, bənzər ssenari, eyni məkan... - O, kimdir? + FOTOLAR

GÜNDƏM

Bugün, 12:49

Məlum olduğu kimi, bu gün ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə keçirilən yığıncaqda atışma olub.

Mia.az Qafqazinfo”ya istinadla xəbər verir ki, insident paytaxtın mərkəzində yerləşən “Washington Hilton” hoteldə baş verib.

Maraqlısı isə budur ki, bu gün dünya mediasında gündəm olan məkan, “Washington Hilton” ilk dəfə deyil ki, belə bir hücuma ev sahibliyi edir.

Sözügedən silahlı hücum diqqətləri 45 il əvvələ qaytardı.

Belə ki, 1981-ci ilin yanvarında and içərək ABŞ-nin 40-cı pezidenti postuna keçən Ronald Reyqan da buna bənzər hadisə ilə üzləşmişdi.

Prezident olduqdan cəmi iki ay sonra- 30 mart 1981-də məhz bu hotelin qarşısında güllələnmişdi.  

Hadisə zamanı prezidentin yaralanması ABŞ təhlükəsizlik sistemində ciddi dəyişikliklərə səbəb olmuşdu.

Hücumdan sonra ABŞ Gizli Xidməti prezidentlərin qorunması ilə bağlı protokolları köklü şəkildə yenilədi.

Hoteldə isə xüsusi təhlükəsizlik dəyişiklikləri edildi: qapalı çıxışlar, qorunan keçidlər və ictimaiyyətlə məsafəni artıran memarlıq həlləri tətbiq olundu.

İllər keçsə də, Reyqanın hücuma məruz qaldığı o nöqtədə bu gün də o hadisənin posteri yer almaqdadır.

Son insident bu dəyişikliklərin əhəmiyyətini bir daha göstərdi.

Qeyd edək ki, təhlükəsizlik tədbirləri sayəsində şübhəli şəxs prezidentə yaxınlaşmadan saxlanılıb.

Onun masasına silah tuşlayan 31 yaşlı Kol Allen adlı kişi hadisə saxlanılıb.

O ilkin ifadəsində bildirib ki, hədəfi Donald Tramp yox, onun adminstrasiyasındakı yüksəkrütbəli məmurlar olub.

Buna baxmayaraq, eyni məkanın illər sonra yenidən belə hadisə ilə gündəmə gəlməsi ictimaiyyətdə tarixi paralel kimi analiz edilir.

Respublikaçıların həm ovaxtkı, həm də indiki liderlərinə silah tuşlandığı “Washington Hilton” isə funksionallığı, və yerləşməsi səbəbilə böyük siyasi tədbirlərin keçirildiyi əsas məkanlardan biri olaraq qalır.

***

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Mia.az xəbər verir ki, o, Kaliforniyanın cənub-qərb ətraflarında yaşayan 31 yaşlı Kol Tomas Allendir.

Məlumata görə, həmin şəxs polis nəzarətindədir.

Vaşinqton prokuroru Cenin Pirro deyib ki, şübhəli bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR