Sergen Yalçın: "Yeganə düşüncəmiz kuboku qazanmaqdır"

Sergen Yalçın: \"Yeganə düşüncəmiz kuboku qazanmaqdır\"

İDMAN

Bugün, 10:51

Türkiyə Kubokunun dörddəbir finalında "Alanyaspor" komandasını 3-0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn "Beşiktaş" komandasının baş məşqçisi Sergen Yalçın mətbuat konfrasında açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sergen Yalçın açıqlamalarında bildirib:

"Kubok ən vacib məqsədimizdir. Yeganə düşüncəmiz kuboku qazanmaqdır. Bu gün oyunun bəzi hissələri çətin keçsə də, oyunçularım yaxşı reaksiya verdilər. Yaxşı oynadılar. Şanslarımız oldu. Bu gecədən məmnunuq. Bundan sonra irəli baxacağıq. Ümid edirəm ki, kubokdakı səyahətimizi davam etdirəcəyik və bu pis mövsümdən sonra azarkeşlərimizə və klubumuza kuboku qazanmağın sevincini yaşadacağıq."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR