"Beşiktaş" ulduz futbolçunu transfer etməyə yaxınlaşır - DETALLAR

\"Beşiktaş\" ulduz futbolçunu transfer etməyə yaxınlaşır - DETALLAR

İDMAN

Bugün, 11:23

"Beşiktaş" klubu transfer pəncərəsində səs gətirəcək addım atmağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  "qara-ağ"lar "Bayer Leverkusen" klubunun ulduz sol cinah müdafiəçisi Alexandro Qrimaldo ilə prinsipial razılığa gəlib.

Məlumata görə, Almaniya klubu bu transfer üçün 20 milyon avro bonservis haqqı tələb edir və tərəflər arasında yaxın günlərdə rəsmi danışıqların başlanması gözlənilir.

Xatırladaq ki, ulduz futbolçu bu mövsüm keçirdiyi 41 matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR