Şərur sakini şikayət edir: "Rəsmi şəkildə zərərçəkmiş kimi tanınmışam, sübutlar istintaqa təqdim olunub, lakin..."
CƏMİYYƏT
22.04.2026, 11:35
Naxçıvan MR, Şərur rayonu, Qarahəsənli kənd sakini, uzun müddət Şərur Ticarət Mərkəzində dərzi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Samur Akif oğlu Məmmədov Mia.az-a şikayət məktubu göndərib.
O, şikayətində 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu yazaraq probleminə dövlət qurumarından kömək istəyib:
"22 oktyabr 2023-cü il tarixində Şərur Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində mənə məxsus bütün tikiş avadanlıqları və materiallar yanaraq yararsız hala düşmüş, ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi zərər dəymişdir.
Qeyd edirəm ki, baş vermiş yanğın ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması və nəzarətsizlik səbəbindən baş vermişdir.
Yanğından sonra ticarət mərkəzi yenidən inşa edilmiş, əvvəl bir mərtəbəli olan bazar iki mərtəbəli şəkildə tikilərək fəaliyyətə başlamışdır. Lakin digər sahibkarlar ticarət yerləri ilə təmin olunduqları halda, mənə verilmiş vədlər yerinə yetirilməmiş və mən bu prosesdən kənarda saxlanılmışam.
Bundan əlavə, hüquqlarımı müdafiə etmək məqsədilə etdiyim şikayətlərdən sonra mənə qarşı qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunmuş, həmin bazarda icarə əsasında fəaliyyət göstərməyimə imkan verilməmişdir".
Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı rəsmi şəkildə zərərçəkmiş kimi tanınıb, bütün sübutlar istintaqa təqdim olunub: "Lakin bu günədək mənə dəymiş maddi zərər ödənilməmişdir.
Bununla yanaşı, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarına, o cümlədən Şərur Rayon Prokurorluğuna, Şərur Rayon Məhkəməsinə və Naxçıvan üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə dəfələrlə müraciət etmişəm. Lakin müraciətlərimə baxılmamış və ya formal yanaşılmış, nəticə etibarilə problemim bu günə qədər həll olunmamışdır.
Nəticədə artıq 3 (üç) ildir ki, fəaliyyət imkanından məhrum olaraq işsiz qalmışam.
Bu hal mənim hüquqlarımın pozulmasına və sosial vəziyyətimin ağırlaşmasına səbəb olmuşdur. Mənə köməklik gösdərib bunu işıqlandıra bilərsiz".
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Məryəm Nəvaz Şəriflə görüşüb - FOTOLAR(Yenilənib)
Bugün, 11:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Krallı qəbul etdi - FOTO
Bugün, 11:16 GÜNDƏM
-
Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)
Bugün, 10:43 GÜNDƏM
-
İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
Bugün, 10:31 GÜNDƏM
-
WUF13 çərçivəsində nazirlərin dəyirmi masası başlayıb
Bugün, 10:09 GÜNDƏM
-
WUF13-lə bağlı mükafat yaradılıb
Bugün, 09:23 CƏMİYYƏT
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Bugün, 09:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
"WUF13Azerbaijan": "Bakı hazırdır!"
16.05.2026, 23:04 GÜNDƏM
-
Səlim Müslümovun 700 minlik evi: 231 min manat endirim oldu, yenə alan yoxdur!
16.05.2026, 21:47 GÜNDƏM
-
SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
16.05.2026, 21:40 YAZARLAR
-
DSX rəisi Britaniya kralı ilə bir arada - FOTOLAR
16.05.2026, 17:27 GÜNDƏM
-
Hacıbaba Əzimov dünyasını dəyişib
16.05.2026, 16:38 GÜNDƏM
-
Partiya sədri: "Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini kəskin tənqid edib" - "Düz deyir, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub?"
16.05.2026, 16:27 GÜNDƏM
-
Milyarder, deputat və sədr... - “Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil”un "zapravka"larına da təsir etdi
16.05.2026, 16:19 İQTİSADİYYAT
-
Yağışlı hava nə vaxtadək davam edəcək? - Açıqlama
16.05.2026, 15:54 GÜNDƏM
-
TÜRK ÖLKƏLƏRİNİN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ: "Əgər ABŞ–Çin rəqabəti daha da dərinləşəsə..." - TƏHLİL
16.05.2026, 15:02 SİYASƏT
-
Yağış və dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
16.05.2026, 13:21 CƏMİYYƏT
-
Xocalının bu kəndlərinə növbəti köç oldu
16.05.2026, 13:16 GÜNDƏM
-
Prezident BMT rəsmisini qəbul etdi, Niyyət Məktubu imzalandı - FOTOLAR
16.05.2026, 13:01 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
16.05.2026, 12:40 GÜNDƏM
-
FHN-də yeni Qərargah və işçi qruplar yaradıldı
16.05.2026, 12:31 GÜNDƏM
-
Nərimanovun sabiq icra başçısı vəfat edib
16.05.2026, 12:01 CƏMİYYƏT
-
Vüsal müəllimin şübhəli fikri... - Osman Gündüz yazır
16.05.2026, 11:59 YAZARLAR
-
"Facebook”da önəmli motivasiya qərarı… - Məhəmmədəli Qəribli yazır
16.05.2026, 11:47 YAZARLAR
-
İcra Hakimiyyətinin tenderlərinə "stop" qoyulub
16.05.2026, 10:57 İQTİSADİYYAT
-
Direktor baş həkim təyin olundu
16.05.2026, 10:06 CƏMİYYƏT
-
Tramp: "Amerika ordusu Əbu Bilal əl-Minuki məhv edib"
16.05.2026, 09:30 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
16.05.2026, 09:08 İQTİSADİYYAT
-
İsrail və Livan arasında atəşkəs uzadıldı - 45 gün
16.05.2026, 01:46 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16.05.2026, 00:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qazaxıstandan vətənə döndü - FOTO
15.05.2026, 23:44 GÜNDƏM
-
Teleaparıcının görüntüləri gündəm oldu – FOTOLAR
15.05.2026, 22:40 ŞOU-BİZNES
-
Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz
15.05.2026, 22:27 SİYASƏT