Şərur sakini şikayət edir: "Rəsmi şəkildə zərərçəkmiş kimi tanınmışam, sübutlar istintaqa təqdim olunub, lakin..."
CƏMİYYƏT
22.04.2026, 11:35
Naxçıvan MR, Şərur rayonu, Qarahəsənli kənd sakini, uzun müddət Şərur Ticarət Mərkəzində dərzi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Samur Akif oğlu Məmmədov Mia.az-a şikayət məktubu göndərib.
O, şikayətində 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunu yazaraq probleminə dövlət qurumarından kömək istəyib:
"22 oktyabr 2023-cü il tarixində Şərur Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində mənə məxsus bütün tikiş avadanlıqları və materiallar yanaraq yararsız hala düşmüş, ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi zərər dəymişdir.
Qeyd edirəm ki, baş vermiş yanğın ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması və nəzarətsizlik səbəbindən baş vermişdir.
Yanğından sonra ticarət mərkəzi yenidən inşa edilmiş, əvvəl bir mərtəbəli olan bazar iki mərtəbəli şəkildə tikilərək fəaliyyətə başlamışdır. Lakin digər sahibkarlar ticarət yerləri ilə təmin olunduqları halda, mənə verilmiş vədlər yerinə yetirilməmiş və mən bu prosesdən kənarda saxlanılmışam.
Bundan əlavə, hüquqlarımı müdafiə etmək məqsədilə etdiyim şikayətlərdən sonra mənə qarşı qeyri-rəsmi məhdudiyyətlər tətbiq olunmuş, həmin bazarda icarə əsasında fəaliyyət göstərməyimə imkan verilməmişdir".
Şikayətçi qeyd edib ki, hadisə ilə bağlı rəsmi şəkildə zərərçəkmiş kimi tanınıb, bütün sübutlar istintaqa təqdim olunub: "Lakin bu günədək mənə dəymiş maddi zərər ödənilməmişdir.
Bununla yanaşı, məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarına, o cümlədən Şərur Rayon Prokurorluğuna, Şərur Rayon Məhkəməsinə və Naxçıvan üzrə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə dəfələrlə müraciət etmişəm. Lakin müraciətlərimə baxılmamış və ya formal yanaşılmış, nəticə etibarilə problemim bu günə qədər həll olunmamışdır.
Nəticədə artıq 3 (üç) ildir ki, fəaliyyət imkanından məhrum olaraq işsiz qalmışam.
Bu hal mənim hüquqlarımın pozulmasına və sosial vəziyyətimin ağırlaşmasına səbəb olmuşdur. Mənə köməklik gösdərib bunu işıqlandıra bilərsiz".
Samir MUSAYEV
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib - SƏRƏNCAM
Bugün, 12:19 GÜNDƏM
-
İkinci Dünya müharibəsində iştirak etmiş, orden və medallarla təltif edilmiş şəxslərə maddi yardım veriləcək - SƏRƏNCAM
Bugün, 12:15 GÜNDƏM
-
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM
Bugün, 12:13 GÜNDƏM
-
ABŞ dövlət katibi Rubio İranın Dünya Kubokundan kənarlaşdırılacağı ilə bağlı iddiaları yalanlayıb
Bugün, 12:07 DÜNYA
-
Marek Hamşik Slovakiya Millisinin baş məşqçisi olacaq
Bugün, 12:00 İDMAN
-
Gergios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi oub
Bugün, 11:56 İDMAN
-
Mərc edərək 400.000 dollar qazanan ABŞ əsgəri həbs edilib.
Bugün, 11:52 DÜNYA
-
Krit adasında 5,7 bal gücündə zəlzələ olub
Bugün, 11:48 DÜNYA
-
Fransa və Polşa Rusiyaya qarşı nüvə təlimlərinə hazırlaşır
Bugün, 11:40 DÜNYA
-
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb
Bugün, 11:37 KRİMİNAL
-
ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır
Bugün, 11:34 DÜNYA
-
DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb
Bugün, 11:30 KRİMİNAL
-
"Beşiktaş" ulduz futbolçunu transfer etməyə yaxınlaşır - DETALLAR
Bugün, 11:23 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi məlum olub
Bugün, 11:11 CƏMİYYƏT
-
Joao Pereira: "Bu gün arzumuz sona çatdı"
Bugün, 10:55 İDMAN
-
Sergen Yalçın: "Yeganə düşüncəmiz kuboku qazanmaqdır"
Bugün, 10:51 İDMAN
-
"Bornmut" Malik Tillmanı heyətinə qatmaq istəyir - DETALLAR
Bugün, 10:46 İDMAN
-
Moskvada "Roskomnadzor" rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb
Bugün, 10:43 DÜNYA
-
Paşinyan: Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur
Bugün, 10:41 DÜNYA
-
Kəlbəcər və Laçına sulu qar yağıb
Bugün, 10:37 CƏMİYYƏT
-
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Bugün, 10:36 İQTİSADİYYAT
-
Azərbaycan nefti 113 dollara satılır
Bugün, 10:26 İQTİSADİYYAT
-
Yunanıstanda güclü zəlzələ olub
Bugün, 10:25 DÜNYA
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Bugün, 10:16 GÜNDƏM
-
"Mançester Yunayted" Miki van de Veni transfer etmək istəyir
Bugün, 10:09 İDMAN
-
"Arsenal" Alvaro Karrerası transfer etməyə hazırlaşır
Bugün, 09:35 İDMAN
-
"Fənərbağça" Osimhen ilə bağlı TFF-yə müraciət edib
Bugün, 09:26 İDMAN
-
Junior Olaitan: "Çempion olmaq istəyirik"
Bugün, 00:45 İDMAN
-
Sebastian Han: "Məğlubiyyətə görə çox kədərlənirik"
Bugün, 00:39 İDMAN
-
Azərbaycan BMT-nin mühüm Konvensiyasına qoşulub
Bugün, 00:36 SİYASƏT
-
Fatih Tekke: "Bizim baxışımızdan oyunun ilk hissəsi çox müsbət deyildi"
Bugün, 00:32 İDMAN
-
Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif edib
Bugün, 00:31 DÜNYA
-
Ukrayna milli komandasında Rebrov dövrü başa çatıb
Bugün, 00:26 İDMAN
-
Lautaro Martines yaşıl meydanlara qayıtmağa hazırlaşır
Bugün, 00:18 İDMAN