"İCMAL" informasiya sistemi ilə bağlı dəyişik edilir - DETALLAR
CƏMİYYƏT
Bugün, 13:57
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə "İCMAL" informasiya sistemi ilə bağlı dəyişikliyi, xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulmasına, uşaqlara qarşı zorakılıq və dilənçilik hallarına, o cümlədən süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimələrin əlavə edilməsini son oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, "İCMAL" informasiya sistemi "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkibində "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi, yəni "İCMAL" altsistemi kimi yenidən təşkil edilir və buna uyğun olaraq Məcəllənin müvafiq maddələrində dəyişikliklər edilir. Bu transformasiya inzibati cərimələr üzrə daxilolmalara dair məlumatların təhlili və həmin məlumatların düzgünlüyünə nəzarət funksiyalarının vahid dövlət maliyyə platformasına inteqrasiyasını təmin edir.
"İCMAL" altsistemi İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların (qurumların) hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyünə nəzarətin həyata keçirilməsini təmin edir.
Həmçinin, layihədə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi ilə bağlı müəyyən təkmilləşdirmələr nəzərdə tutulur.
Layihəyə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.
Bundan başqa, layihədə təklif olunur ki, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməsin.
Layihədə İnzibati Xətalar Məcəlləsinə bir neçə yeni maddənin əlavə olunması nəzərdə tutulur.
Sənədə görə, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə olunacaq.
Bundan başqa, dəyişikliyə əsasən, uşaqda zorakılıq əlamətlərinin aşkar edilməsi barədə məlumat verilmədikdə cərimə tətbiq olunacaq.
Layihəyə əsasən, uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər.
Bundan başqa, təklifə görə, təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.
Həmçinin əlavə edilməsi nəzərdə tutulan digər yeni 388-3-cü maddəyə əsasən, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma, yəni foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyі, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayan şəxslər 80 manatdan 150 manatadək məbləğdə cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsində mühüm dəyişikliklər nəzərdə tutulur. Həmin maddədə dəyişikliklərin əsas məqsədi dövlət vəsaitlərindən istifadə ilə bağlı məsuliyyət mexanizminin təkmilləşdirilməsi, sanksiyaların fərdiləşdirilməsi və hüquqi tənzimləmənin dəqiqləşdirilməsidir. Belə ki, "dövlətə məxsus olan hüquqi şəxslər" maliyyə təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq 400 manatdan 8000 manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə "inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.
Layihəyə əsasən, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Bundan başqa, 410-cu maddənin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməli ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Qanun layihəsində nəzərdə tutulan digər dəyişiklik dilənçiliklə məşğul olma əməlinin artıq avaralıq hesab edilməməsi və Məcəlləyə ayrıca "Dilənçiliklə məşğul olma" adlı 523-1-ci maddənin əlavə edilməsindən ibarətdir.
Maddədə qeyd edilir ki, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Həmçinin layihəyə əsasən, "Xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə 1500 manat məbləğində cərimə ediləcək.
Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş nişan geyim forması və xüsusi müsadirə edilməklə 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında üç iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məşhur iş adamına məxsus şirkətin borcu artıb
Bugün, 15:54 İQTİSADİYYAT
-
Nazir Elnur Abbasquliyevi yeni vəzifəyə təyin edib
Bugün, 15:50 MƏDƏNİYYƏT
-
"ADY-nin əməkdaşlarını cərimə batalyonu kimi doldurublar metroya" - "Aylığa oturdulan medianı sayan var ki..."
Bugün, 15:44 GÜNDƏM
-
Elvin Cəfərquliyevlə Abbas Hüseynov "Qarabağ"dan yola salınır
Bugün, 15:26 İDMAN
-
Belçika XİN: “İsrailin Livandakı əməliyyatları qəbuledilməzdir”
Bugün, 15:16 DÜNYA
-
Bakı metrosuna giriş açıldı (Yenilənib)
Bugün, 15:08 GÜNDƏM
-
Nazirdən icbari tibbi sığorta ilə bağlı mühüm - Açıqlama
Bugün, 15:03 GÜNDƏM
-
Tərifli göz həkimindən göz dağı: qəbulunda nələr gördüm? - Aynur Camal “Baku Medikal Plaza”dakı neqativ hallardan yazdı
Bugün, 14:50 CƏMİYYƏT
-
“Beşiktaş”ın prezidenti: “Sergen Yalçın kimi istədisə, aldıq”
Bugün, 14:28 İDMAN
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Yeni qanun qəbul edildi, cəzalar müəyyənləşdi
Bugün, 14:18 CƏMİYYƏT
-
"İCMAL" informasiya sistemi ilə bağlı dəyişik edilir - DETALLAR
Bugün, 13:57 CƏMİYYƏT
-
Estoniya Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklər yaradır - Nə baş verir? (TƏHLİL)
Bugün, 13:47 SİYASƏT
-
Baş Prokurorluq: "Əhməd Əhmədovun həbsdən buraxılma xəbəri cəfəngiyyatdır"
Bugün, 13:40 CƏMİYYƏT
-
"Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik olunub
Bugün, 13:12 KRİMİNAL
-
Qadınlar ən çox nədən inciyir? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
Bugün, 12:54 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Açıqlama
Bugün, 12:43 CƏMİYYƏT
-
Deputat çıxış etdi, spiker məsləhət verdi: "Bunu həm hüquqşünas, həm də millət vəkili kimi onlara deyin”
Bugün, 12:25 SİYASƏT
-
TƏBİB SƏDRİ ONLARI YOLA SALDI: 5 müşavir, bir müdir vəzifədən uzaqlaşdırıldı, növbə kimlərindir? (YENİLƏNİB)
Bugün, 12:12 CƏMİYYƏT
-
İran XİN: “ABŞ ordusunun ticarət gəmimizi ələ keçirməsi…”
Bugün, 12:06 DÜNYA
-
İCRA BAŞÇISI BANK MÜDİRİNDƏN NƏ İSTƏYİB Kİ? - İH-dən tənqid olunan fotoya gülünc izah verildi
Bugün, 11:54 CƏMİYYƏT
-
"Rəsul Quliyevin ölkəyə dönmək niyyəti, planı yoxdur"
Bugün, 11:54 SİYASƏT
-
"Yaşıl marafon": İDEYA daha bir bölgədə kütləvi ağacəkmə kampaniyası təşkil edib
Bugün, 11:49 GÜNDƏM
-
AzTV sədri uşaq verilişini bağladı - Allahverdi Yolçuyev səbəbini dəqiq bilmir
Bugün, 11:42 PRESS
-
AFFA "Neftçi" klubunu cəzalandırdı - Səbəb
Bugün, 11:35 İDMAN
-
Prokurorluq sorğu verdi - Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclas keçirdi
Bugün, 11:11 KRİMİNAL
-
Oğlunu qoruyan Tuncay Sonel: “Mən bu dövlətin valisiyəm, polisə ifadə verməyəcəyəm"
Bugün, 11:09 KRİMİNAL
-
Deputatlar toplandı
Bugün, 11:02 GÜNDƏM
-
İranın İslamabaddakı səfiri danışıq xəbərini təkzib edir: “Olmayacaq”
Bugün, 10:46 DÜNYA
-
III ixtisas qrupu ləğv olunur? - Açıqlama
Bugün, 10:38 GÜNDƏM
-
Azərbaycan nefti 110 dollara satılır
Bugün, 10:26 İQTİSADİYYAT
-
“Deyirlər ki, Vasif Talıbovu çıxarıblar, yerinə..." - "Naxçıvanda vəziyyət heç də yaxşı deyil"
Bugün, 10:21 SİYASƏT
-
Yaponlar qorxu içində - 8 bal zəlzələ gözlənilir
Bugün, 10:09 DÜNYA
-
4 ÖLKƏ ABŞ və İRANA SƏSLƏNDİ: “Yalnız bir seçim var…”
Bugün, 09:58 GÜNDƏM
-
Abşeron İH-nin tenderi niyə şühbə yaratdı, yaxud Fərzəliyev-Həsənov cütlüyü kimdir? - Maraqlı faktlar + Rəsmi açıqlama (YENİLƏNİB)
Bugün, 09:47 CƏMİYYƏT