İlham Əliyev Latviya prezidenti ilə görüşdü, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)

İlham Əliyev Latviya prezidenti ilə görüşdü, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 12:40

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış edirlər.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR