Türkiyə kuboku: “Fənərbağça” 120+2-də buraxdığı qolla uduzdu, istefa sədaları artdı

Türkiyə kuboku: “Fənərbağça” 120+2-də buraxdığı qolla uduzdu, istefa sədaları artdı 

İDMAN

Bugün, 09:39

Ötən gecə Türkiyə Ziraat Türkiyə Kubokunun 1/4 final matçınd “Konyaspor”la “Fənərbağça” üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, gərgin keçənmatçın əsas vaxtı 0-0 bitib. Təkoyunluq sistemlə keçirilən oyunda buna görə əlavə vaxt təyin edilib.
Əlavə olunmuşş vaxtın ikinci 15 dəqiqəlik hissənin sondəqiqəsində isə “Fənərbağça” tarixinin şokunu yaşayıb.
Belə ki, “Konyaspor” 120+2-ci dəqiqədə hesabı açıb və bu matçda yeganə qol olub. Bununla da “Konyaspor” ½ finala yüksəlib. Çempionluq iddiası demək olar ki, qalmayan “Fənərbağça” isə kuboka yarışı ilə də vidalaşıb.
Məlumata görə, oyundan sonra “Fənərbağça” azarkeşləri baş məşqçi Domeniko Tedeskonun istefasını tələb ediblər.
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR