Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib - Mənzil mübahisəsi
CƏMİYYƏT
22.04.2026, 10:45
Ali Məhkəmənin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, iddiaçı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb etmiş, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.
Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.
Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.
Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.
Məhkəmə qeyd edib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.
Nəticə etibarilə cavabdehin kassasiya şikayətin təmin edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
Bugün, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
Bugün, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
Bugün, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
Bugün, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
Bugün, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Bugün, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
Bugün, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
Bugün, 14:33 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Bugün, 14:21 İQTİSADİYYAT
-
İlham Əliyev Belarus rəsmilərini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"
Bugün, 13:56 SİYASƏT
-
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bugün, 13:27 GÜNDƏM
-
Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək"
Bugün, 13:24 SİYASƏT
-
Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?
Bugün, 13:05 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT
-
Doktorantura səviyyəsinə sənəd qəbulu başlayıb
Bugün, 10:23 GÜNDƏM
-
Xorvatiya ilə İsrail arasında diplomatik böhran – Zaqreb yeni səfirə “yox” dedi
Bugün, 10:12 SİYASƏT
-
Gürcüstana qatar yolu açılır - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Bugün, 10:12 CƏMİYYƏT
-
Kuba prezidenti döyüş vəd etdi: “Əgər ABŞ bizə hücum eləsə, qan gölü yaranacaq”
Bugün, 09:54 DÜNYA
-
Beşiktaş bələdiyyəsində əməliyyatı: 5 nəfər saxlanıldı
Bugün, 09:46 SİYASƏT
-
Türkiyənin 3 şəhərində İŞİD-ə qarşı əməliyyat – 110 nəfər qandallandı
Bugün, 09:25 KRİMİNAL
-
“Space FM”ə yeni direktor təyin olundu
Bugün, 09:19 PRESS
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:12 İQTİSADİYYAT