Partiya sədrindən Əli Əsədovla bağlə sensasion məqaləyə maraqlı şərh: "Məsələn, Bayıldakı restoranlar…" - VİDEO
SİYASƏT
Bugün, 10:05
Azərbaycanın siyasi və iqtisadi gündəmində Baş nazir Əli Əsədovun biznes imperiyası ilə bağlı yayılan məlumatlar və ölkədəki mövcud iqtisadi durum fonunda bu ifşaların pərdəarxası məqamları ciddi müzakirə mövzusuna çevrilib. Məsuliyyət ünvanının müəyyənləşdirilməsi və hakimiyyət daxili qrupların maraqları bu prosesin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir.
Mia.az xəbər verir ki, bu barədə Musavat TV-nin canlı efirində ReAL Partiyasının sədri Natiq Cəfərli danışıb.
O qeyd edib ki, Azərbaycanda korrupsiya sahəsi kifayət qədər “şəffafdır” və paytaxtın müəyyən ərazilərindəki obyektlərin kimə məxsus olduğunu sıravi vətəndaşlar belə yaxşı bilirlər:
“Mən bir daha təkrar edim: Azərbaycanda ən şəffaf sahə korrupsiyadır. Hamı hər şeyi bilir. Məsələn, o Bayıldakı restoranlar… Mən özüm o tərəfdə yaşayıram, inandırım sizi taksi sürücüləri belə adıyla bilir — “Əli müəllimin restoranı” deyirlər. Tam ciddi deyirəm. Ona görə belə bir siyahının olması bizi təəccübləndirmədi, amma çıxması təəccübləndirdi”.
Onun sözlərinə görə, bu siyahının indi ortaya çıxmasının kökündə ölkədəki pisləşən iqtisadi göstəricilər və resessiya təhlükəsi dayanır: “Azərbaycanda çox ciddi iqtisadi böhran elementləri var. Makroiqtisadi göstəricilər bərbaddır, resessiyaya daxil olmaq üzrəyik. İndi bunun bir günahkarı lazımdır axı. Baş nazir sosial-iqtisadi məsələlərlə məşğul olan Nazirlər Kabinetinin başındadır. Bu iqtisadi vəziyyət pisləşibsə, deməli, Nazirlər Kabineti öz funksiyasını doğru-düzgün yerinə yetirməyib. Niyə? Çünki başı öz biznesinə qarışıb. Bu qədər obyekti olan insanın dövlət işinə ayırmağa vaxtı qalmır. Ölkədəki iqtisadi çətinliklərin yaranma səbəbinin ünvanının Baş nazir institutu olduğunu göstərmək üçün bu versiya irəli sürülüb”.
Cəfərli bildirib ki, baş verənlər həm də hakimiyyət daxilindəki qrupların məsuliyyətdən qaçmaq və səlahiyyət davası aparmaq cəhdidir: “Azərbaycan reallıqları kontekstində kimlərsə daxildə mübarizə aparır. Bu dava, birincisi, məsuliyyət və səlahiyyət davasıdır. İkincisi, iqtisadi vəziyyətin pisləşməsi üçün hədəf göstərilməmə çabalarıdır. Nazirlər istəyirlər ki, zərbə onlardan yan keçsin. Ola bilsin ki, nazirlərin özlərinin də marağı var ki, Əli Əsədovun iş üslubu bəyənilmir və onun getməsi üçün belə bir zəmin hazırlanır. Əgər bu siyahılar vətəndaşlara mesaj olaraq çıxarılırsa, biz də seçici olaraq hökumətə deyəcəyik ki, əgər kadrlarınız bacarmırsa, icra başçınız oğru, baş naziriniz belədirsə, yerinizə bacaranlar gəlib hökumət qursun”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
RUSİYA BU ÖLKƏYƏ QOŞUN YERİDƏCƏK? - "Moskva lazım gələrsə..."
Bugün, 14:05 SİYASƏT
-
BÖYÜK XƏSTƏXANALARIN "SOLAXAY" RƏHBƏRLƏRİ YOLA SALINDI: növbə kimlərindir? (FOTO, YENİLƏNİB)
Bugün, 13:52 GÜNDƏM
-
Hörmüz boğazında gəmilər atəşə tutulub - AÇIQLAMA
Bugün, 13:29 GÜNDƏM
-
İlham Əliyev Latviya prezidenti ilə görüşdü, yeni sənədlər imzalandı, bəyanat verildi - FOTOLAR (Yenilənib)
Bugün, 13:15 GÜNDƏM
-
Valideynlər və müəllimər tamamilə tərksilah olunur - “Suka” qanunu
Bugün, 13:08 YAZARLAR
-
"Space"dəki yoxlamaların pərdəarxası... - Televiziyalar birləşir
Bugün, 13:05 PRESS
-
Türkiyədə azərbaycanlı alimin kitabı işıq üzü görüb
Bugün, 12:42 MƏDƏNİYYƏT
-
"Yeni klinika"nın direktoru vəzifədən azad edildi: "Məlumat doğrudur" (YENİLƏNİB)
Bugün, 12:42 GÜNDƏM
-
DAHA BİR NAZİRLİKDƏ KORRUPSİYA: tender müqavilələri şişirdilib və... - 1.1 milyonluq problem...
Bugün, 12:37 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
"Azəriqaz”da növbəti dəyişiklik - Baş direktora müavini təyin olunub (FOTO)
Bugün, 12:27 CƏMİYYƏT
-
YAP onları MSK üzvü görmək istəyir - Namizədlər bəlli oldu (SİYAHI)
Bugün, 12:23 SİYASƏT
-
SOCAR-da yeni təyinat - Şöbə müdiri departament rəhbəri oldu (FOTO)
Bugün, 12:14 İQTİSADİYYAT
-
GÖMRÜYÜN YENİ BİNASININ TİKİNTİSİNDƏ YEYİNTİ OLUB - Rəsmi yoxlama elə faktları ortaya çıxardı ki...
Bugün, 12:09 İQTİSADİYYAT
-
Xankəndiyə yeni rəis təyin olunub
Bugün, 12:00 CƏMİYYƏT
-
İranın BMT-dəki nümayəndəsi: “Blokada qalxarsa…"
Bugün, 11:47 GÜNDƏM
-
Şərur sakini şikayət edir: "Rəsmi şəkildə zərərçəkmiş kimi tanınmışam, sübutlar istintaqa təqdim olunub, lakin..."
Bugün, 11:35 CƏMİYYƏT
-
YAP rayon təşkilatının keçmiş sədri hakim qarşısında: "O videodakı..."
Bugün, 11:25 KRİMİNAL
-
TƏBİB-də yoxlama: nöqsanlar üzə çıxarılıb
Bugün, 11:14 İQTİSADİYYAT
-
Latviya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Bugün, 11:01 GÜNDƏM
-
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır
Bugün, 10:52 GÜNDƏM
-
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib - Mənzil mübahisəsi
Bugün, 10:45 CƏMİYYƏT
-
İRAN QISAS HÜCUMUNA KEÇDİ: bir gəmi vuruldu - SEPAH hədə-qorxu gəlir
Bugün, 10:39 GÜNDƏM
-
Şahbuzda insan nəcisi örüş sahəsinə boşaldılır - Sakinlər icra başçısını səhlənkarlıqda ittiham edir (VİDEO)
Bugün, 10:20 CƏMİYYƏT
-
Partiya sədrindən Əli Əsədovla bağlə sensasion məqaləyə maraqlı şərh: "Məsələn, Bayıldakı restoranlar…" - VİDEO
Bugün, 10:05 SİYASƏT
-
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlib (Yenilənib)
Bugün, 09:57 GÜNDƏM
-
Vəkillər Kollegiyası üzvlüyünə qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 09:52 CƏMİYYƏT
-
Türkiyə kuboku: “Fənərbağça” 120+2-də buraxdığı qolla uduzdu, istefa sədaları artdı
Bugün, 09:39 İDMAN
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:37 İQTİSADİYYAT
-
İspaniyada Birinci xanıma qarşı ittiham var
Bugün, 09:30 DÜNYA
-
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri həbs edildi
Bugün, 09:24 SİYASƏT
-
Macarıstanın yeni Baş naziri: “Əgər Netanyahu bura gəlsə, həbs edəcəyik”
Bugün, 09:13 DÜNYA
-
Bakıda internat məktəbinin yataqxanasında yanğın - VİDEO
Bugün, 09:08 CƏMİYYƏT
-
Dünyada analoqu olmayan məhkəmə prosesi: 400 məhkum eyni anda iclasa çıxarıldı – 47 min cinayətdə ittiham olunurlar
Bugün, 08:55 KRİMİNAL