"Rəsul Quliyevin ölkəyə dönmək niyyəti, planı yoxdur"
SİYASƏT
21.04.2026, 11:54
Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada yaşayan Rəsul Quliyevin qızı Xanım Quliyeva bir müddət öncə 30 ildən sonra Bakıya gəldi. O, gəlişi zamanı işğaldan azad olunmuş ərazilərə səfər etdi, yaxınlarının, doğmalarının məzarlarına baş çəkdi.
Eks-spiker Rəsul Quliyevin özünün Azərbaycana gəlməyi planlaşdırıb-planlaşdırmadığı isə maraq doğurur. Bir müddət əvvəl onun belə bir istəyinin olduğu barədə xəbər yayılmışdı.
Mia.az bu barədə eks-spikerin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlunun modern.az-a açıqlamasını qısa ixtisarla təqdim edir:
- Ağasif bəy, Rəsul Quliyev Azərbaycana gəlməyi planlaşdırırmı?
- "Rəsul bəy heç vaxt ölkəyə qayıtmağı planlaşdırmayacaq" demək olmaz. Mən Rəsul Quliyevlə demək olar ki, hər gün danışıram. Rəsul bəyin, hələ ki belə bir niyyəti, planı yoxdur. Ötən ilin oktyabr ayında onun ailə üzvləri Bakını, işğaldan azad olunmuş əraziləri ziyarət etdilər, Qarabağda görülən işlərlə tanış oldular. Eləcə də, öz doğmalarının, yaxınlarının məzarlarını ziyarət ediblər. Azərbaycan vətəndaşı kimi onların arabir ölkəyə gəlib-getmələri konstitusion hüquqlarıdır. Bunun üçün hər hansı məhdudiyyət yoxdur.
- Zaman-zaman partiyaların birləşməsi ilə bağlı müzakirələr gedir. Gələcək Azərbaycan Partiyasının Yeni Azərbaycan Partiyası ilə birləşməsi mümkündürmü?
- Biz hər zaman ölkədaxili milli birliyin tərəfdarı olmuşuq. Hər zaman həmrəyliyin, sağlam siyasi rəqabətin tərəfdarı olmuşuq. Gələcəkdə nəyin necə olacağını baş verəsi siyasi proseslərdən asılı olduğunu hesab edirəm. Bu, dövlətimiz, millətimiz, xalqımız üçün fayda vermiş olarsa, hər bir siyasi partiya zəruri qərar verməyə məcburdur. Amma biz müxalif partiyayıq. Sağlam, konstruktiv müxalifətik və zəruri olan halda dövlətimizin və prezidentimizin yanında olduğumuzu dəfələrlə bəyan etmişik. Hesab edirəm ki, bugünkü Azərbaycan reallığında sualınızın gerçəkləşdiriləsi üçün obyektiv və subyektiv səbəblər yoxdur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri İctimai teleradio ilə bağlı Mehriban xanım Əliyevaya müraciət etdilər
Bugün, 16:31 PRESS
-
ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
Bugün, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
Bugün, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
Bugün, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
Bugün, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
Bugün, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
Bugün, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
Bugün, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
Bugün, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Bugün, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
Bugün, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
Bugün, 14:33 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Bugün, 14:21 İQTİSADİYYAT
-
İlham Əliyev Belarus rəsmilərini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"
Bugün, 13:56 SİYASƏT
-
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bugün, 13:27 GÜNDƏM
-
Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək"
Bugün, 13:24 SİYASƏT
-
Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?
Bugün, 13:05 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT
-
Doktorantura səviyyəsinə sənəd qəbulu başlayıb
Bugün, 10:23 GÜNDƏM
-
Xorvatiya ilə İsrail arasında diplomatik böhran – Zaqreb yeni səfirə “yox” dedi
Bugün, 10:12 SİYASƏT
-
Gürcüstana qatar yolu açılır - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Bugün, 10:12 CƏMİYYƏT
-
Kuba prezidenti döyüş vəd etdi: “Əgər ABŞ bizə hücum eləsə, qan gölü yaranacaq”
Bugün, 09:54 DÜNYA