Macarıstanın yeni Baş naziri: “Əgər Netanyahu bura gəlsə, həbs edəcəyik”

Macarıstanın yeni Baş naziri: “Əgər Netanyahu bura gəlsə, həbs edəcəyik”

DÜNYA

Bugün, 09:13

Macarıstanın yeni Baş naziri Peter Magyar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan İsrail Baş naziri Benyamin Netanyahunu həbslə təhdid edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə paytaxt Budapeştdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə dəvət edib-etməməsi və bura gələrsə necə davranılacağı barədə suala belə cavab verib: “Bizim komanda məsələni araşdırdılar və 2 iyun tarixinə qədər beynəlxalq Cinayət Məhkəməsinin üzvlüyündə qalma prosesini təmin edəcəyimizi dedi. Bizim hökumətinin qəti niyyəti Macarıstanın üzv olaraq qalmasını təmin etməkdir. Başqa sözlə desək, bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdürsə, onun qərarına əməl etməlidir. Yəni, həbs qərarı olan bir şəxs həmin ölkənin ərazisinə daxil olarsa, dərhal həbs olunmalıdır. Netanyahu da gələrsə, həbs ediləcək”.

Xatırladaq ki, bundan əvvəl Netanyahu ilə Magyar arasında telefon danışığı olması, hətta yeni Baş nazirin onu ölkəsinə dəvət etməsi barədə xəbər yayılmışdı

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR