İran XİN: “ABŞ ordusunun ticarət gəmimizi ələ keçirməsi…”

İran XİN: “ABŞ ordusunun ticarət gəmimizi ələ keçirməsi…”

DÜNYA

Bugün, 12:06

İran ABŞ ordusunun "Tuska" adlı ticarət gəmisini ələ keçirilməsi ilə bağlı bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, ABŞ-ın ticarət gəmisinin ələ keçirilməsi qanunsuzdur: “Açıq desək, bu, terror aktdır. Onlar gəmidə olan heyət və onların ailələrini də saxlayıb. Bu hərəkət beynəlxalq hüququn və son atəşkəsin pozulmasıdır. Gəmi, onun heyəti dərhal azad edilməlidir”

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Tramp İran bayrağı altında üzən "Tuska" yük gəmisini Oman körfəzindən Hörmüz boğazından keçməyə çalışarkən vurularaq ələ keçirdiyini elan edib.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR