Tramp “İranla atəşkəs müddətini uzadıram” dedi - Tehran isə "Biz bunu qəbul etmirik” cavabını verdi

Tramp “İranla atəşkəs müddətini uzadıram” dedi - Tehran isə \"Biz bunu qəbul etmirik” cavabını verdi

GÜNDƏM

Bugün, 00:56

ABŞ və İran arasında 8 apreldən bəri qüvvədə olan atəşkəsin bitməsinə saatlar qalmış prezident Donald Tramp dünyanın rahatladacaq bəyanat verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, atəşkəsin müddətii uzatdığını elan edib.

Tramp bildirib ki, İran administrasiyası razılaşma təklifini təqdim edənə qədər atəşkəsi uzadırlar: “Pakistanın Baş naziri Şahbaz Şərif və Baş Qərargah rəisi Asim Munir, İran liderləri və nümayəndələri birgə təklif irəli sürənə qədər İrana hücumlarımızı dayandırmağımızı istədilər. Hazırda Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadada saxlayacaq, lakin tərəflər arasında atəşkəsin qüvvədə qalacaq. Bu barədə hərbçilərimizə tapşrıq verilib, olara blokadanı qorumağı, hər cəhətdən ayıq-sayıq olmağı və təklif təqdim olunana və danışıqlar müsbət və ya mənfi nəticəyə gələnə qədər atəşkəsə əməl etməyi tapşırdım”.

Maraqlı burasıdır ki, Trampın bu bəyanatından dəqiqələr sonra İran hökuməti Vaşinqtonun əvvəlki öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək Pakistanda keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyəcəyini və atəşkəsin uzadılma mesajını rədd etdiyini bəyan edib: “Biz belıə atəşkəsləri qəbul etmirik...”.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR