TRAMP SAVAŞ ZƏNGİ ÇALIR: “Atəşkəs uzadılmayacaq, ya anlaşacaqlar, ya da…”

TRAMP SAVAŞ ZƏNGİ ÇALIR: “Atəşkəs uzadılmayacaq, ya anlaşacaqlar, ya da…”

GÜNDƏM

Bugün, 16:52

“Atəşkəsin uzadılmasını istəmirəm, o qədər də çox vaxtımız yoxdur”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri CNBC-yə müsahibəsində ABŞ prezidenti Donald Tramp ABŞ-İran nümayəndə heyətlərinin bu gün İslamabada daimi atəşkəslə bağlı danışıqlar prosesi haqda suala cavabda deyib.
Tramp bildirib ki, İranla anlaşma tərəfdarıdır, lakin ordusu savaşa hazır vəziyyətdədir: “Düşünürəm ki, sonda çox yaxşı bir razılaşma əldə edəcəyik, onların başqa seçimi yoxdur. Ordu hərəkət etməyə can atır. Onların başqa seçimi də yoxdur. Biz onların donanmasını, hava qüvvələrini məhv etdik, liderlərini öldürdük. Biz Hörmüz boğazına bu dəqiqə də nəzarət edirik".
Hüseyn Namazov
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR