Qətər: Hörmüz boğazı böhranı davam edərsə, regional problemdən qlobal problemə çevriləcək

Qətər: Hörmüz boğazı böhranı davam edərsə, regional problemdən qlobal problemə çevriləcək

DÜNYA

21.04.2026, 23:03

Qətər xəbərdarlıq edib ki, ABŞ və İran arasında atəşkəs danışıqları nəticə verməsə və Hörmüz boğazı bağlı qalsa, regional böhran qlobal böhrana çevrilə bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari paytaxt Dohada keçirilən mətbuat konfransında regiondakı son inkişaflarla bağlı qiymətləndirmələr aparıb.

Hörmüz boğazının bağlı qalmasının risklərinə toxunan Ənsari, Qətərin bütün tərəflərlə, xüsusən də ABŞ ilə əlaqə saxladığını və İslamabadda keçirilən ABŞ-İran danışıqlarını yaxından izlədiyini bildirib.

Ənsari bildirib ki, "Hörmüz boğazının bağlanmasının davam etməsi böhranı regional böhrandan qlobal böhrana çevirir. Bu böhranın həlli yalnız bir ölkənin deyil, bütün ölkələrin məsuliyyətidir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR