Qadınlar ən çox nədən inciyir? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar

Qadınlar ən çox nədən inciyir?  - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar

MƏDƏNİYYƏT

Bugün, 12:54

Münasibətlərdə ünsiyyət ən vacib amillərdən biridir və deyilən hər söz qarşı tərəfdə dərin iz buraxır. Xüsusilə qadınlar üçün bəzi ifadələr var ki, bunlar sadəcə söz kimi deyil, hörmətsizlik və ya laqeydlik kimi qəbul olunur. Bu tip sözlər ikitərəfli münasibətlərdə gərginlik yaradır və emosional uzaqlaşmaya səbəb olur. 

MİA.az xəbər verir ki, araşdırmalar nəticəsində “Şişirdirsən”, “Sən həmişə belə edirsən” və ya “Sən başa düşmürsən” kimi ifadələrin qadınları ən çox incidən sözlər arasında olduğu təsbit edilib.

Bu cümlələr onların hisslərinin kiçildilməsi kimi qəbul edilir və qarşı tərəfdə dəyərsiz hiss yaratmaqla nəticələnir. Eyni zamanda müqayisə xarakterli sözlər, məsələn, “Filankəs səndən yaxşıdır” kimi ifadələr də ciddi narazılıq yaradır. 

Psixoloq Vüsalə Rüstəm bildirib ki, qadınlar üçün əsas məsələ sözün özü yox, onun arxasında duran münasibətdir: “Empatiya və anlayış göstərilmədikdə, ən sadə ifadə belə qarşı tərəfi incidə bilir. Buna görə də münasibətlərdə diqqətli danışmaq və əks cinsin hisslərini nəzərə almaq uzunmüddətli sağlam əlaqənin açarı hesab olunur. Deyilmiş hər bir söz münasibəti ya uzunömürlü edir, ya da sağalmaz xəstəliyə mübtəla edir. Məşhur ifadədə deyildiyi kimi, heç kim və heç nə unudulmur. Neqativ fikirlər qəfil ağızdan çıxsa belə kişi onu neytrallaşdırıb unutdurmağı bacarmalıdır. Əks halda həmin fikirlər kişinin həyatını zəhərləyəcək”.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR