Milli Məclis bəyanat yaydı
SİYASƏT
Bugün, 18:49
Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib, Azərbaycanın Milli Məclisi isə bu addımı qınayıb.
Mia.az xəbər verir ki, bu barədə Milli Məclis bəyanat yayıb.
Bəyanatda deyilir ki, Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir: "Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır.
Bu sənədlərin xüsusilə Azərbaycan və Ermənistanın parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi onların "təşəbbüskarları"nın regiondakı reallıqlardan uzaq olduqlarını, əsl niyyətlərinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir.
Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı "savadlılığı"nın və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir.
Azərbaycan-Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirmələri, ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir.
Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri "müharibə əsiri" kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən əvvəl, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir.
Məhkum edilmiş həmin şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd olunmalıdır.
Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 2025-ci il 13 mart tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit edilmiş, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməmişdir.
Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir, onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik".
Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edib. Bildirilib ki, bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ prezidenti: “İslamabadda İranla saziş imzalanacaq”
Bugün, 23:28 GÜNDƏM
-
Zakir Fərəcov Fərid Ərşadlını yüksək vəzifəyə təyin etdi - FOTO
Bugün, 23:25 CƏMİYYƏT
-
"Azərbaycan bu tələbatın qarşılanmasına hazırdır" - Elçin Əmirbəyovdan MÜSAHİBƏ
Bugün, 20:23 SİYASƏT
-
İranda daha iki hava limanı uçuşa açıldı
Bugün, 20:20 DÜNYA
-
"Neftçi"dən qəzəbli bəyanat: "Günahkarlar ən sərt formada cəzalandırılmalıdır"
Bugün, 19:52 İDMAN
-
Milli Məclis bəyanat yaydı
Bugün, 18:49 SİYASƏT
-
Regional idarəyə rəis təyin edildi
Bugün, 18:02 CƏMİYYƏT
-
İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında qayda təsdiqləndi
Bugün, 17:57 İQTİSADİYYAT
-
31 ildir vəzifədədir: Komitə sədri, nazir… - FOTO
Bugün, 17:53 GÜNDƏM
-
Əli Əsədovdan xəbər var - İclas keçirib (FOTO)
Bugün, 17:29 İQTİSADİYYAT
-
PREZİDENT BU YATAQLARLA BAĞLI SƏRƏNCAM İMZALADI - "AzerGold" QSC-nin imkanları genişləndirildi
Bugün, 17:29 İQTİSADİYYAT
-
Prezident Gömrük Komitəsinə əlavə səlahiyyət verdi - Bundan sonra binaların həyəti, maşınlar...
Bugün, 17:18 İQTİSADİYYAT
-
"Bilirəm, sən məni çox istəyirsən" - Elza Seyidcahan gənc müğənnnin "Bu, ayıb bir şeydir" sözlərinə cavab verdi
Bugün, 17:07 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Müğənnilik qadın sənəti deyil"
Bugün, 16:54 ŞOU-BİZNES
-
Rəqsanənin qızı: "Bəziləri bütün toyu mənim yarım saatlıq aldığım məbləğə aparırlar"
Bugün, 16:53 ŞOU-BİZNES
-
Bakıda 100 min bina söküləcəl? - Komitədən yayılan xəbərə reaksiya
Bugün, 16:47 GÜNDƏM
-
Çin prezidentindən Hörmüzlə bağlı – AÇIQLAMA
Bugün, 16:29 GÜNDƏM
-
70 kq qızılla saxlanılan polkovnik-leytenant... - 7 il həbsi tələb edildi
Bugün, 16:13 KRİMİNAL
-
"Azercell" eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Bugün, 15:59 İQTİSADİYYAT
-
İKİ ÖLKƏ SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Kəskin etiraz verildi
Bugün, 15:30 GÜNDƏM
-
Peskovdan Rudevin qələbəsinə şərh: “Rusiya heç vaxt dialoqdan imtina etməyib"
Bugün, 15:08 DÜNYA
-
Kreml sözçüsü: “Rusiyanın gücünü görməzdən gəlmək mümkün deyil" - “Əks halda, bu, regionda..."
Bugün, 15:00 SİYASƏT
-
Yasamalda da qaz kəsilib
Bugün, 14:53 CƏMİYYƏT
-
Fuad Nəcəfli istintaqa ifadə verib? - Şok iddia yayıldı
Bugün, 14:29 GÜNDƏM
-
Nazirlər Kabineti ləğv ediləcək? - Deputatdan iddialara reaksiya
Bugün, 14:14 SİYASƏT
-
BAKI MƏKTƏBİNDƏ DƏHŞƏTLİ HADİSƏ: şagirdi kimə yandırıb? - AÇIQLAMALAR
Bugün, 14:08 CƏMİYYƏT
-
Türklər məşhur qolkiperin xanımının hesabına təhqir yazır - “Mənə komanda tap, burada qala bilmərəm”
Bugün, 13:59 İDMAN
-
Hindistanda unikal qəza: sərnişin avtobusu uçuruma yuvarlandı, bu günə düşdü (FOTO)
Bugün, 13:45 DÜNYA
-
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Bugün, 13:29 GÜNDƏM
-
Yaponiyada 7.4 bal gücündə zəlzələ oldu
Bugün, 13:22 DÜNYA
-
Ucarda 15 yaşlı qız ana olub - Cinayət işi açıldı
Bugün, 13:21 CƏMİYYƏT
-
""Azəriqaz" həm hökumətimiz haqda qeyri-ciddi rəy formalaşdırır, həm də..." - Yazıçıdan narazılıq
Bugün, 13:06 CƏMİYYƏT
-
AzTV-də bəzi şöbələr birləşdirilir
Bugün, 12:53 PRESS