"Neftçi"dən qəzəbli bəyanat: "Günahkarlar ən sərt formada cəzalandırılmalıdır"
İDMAN
20.04.2026, 19:52
"Neftçi" Peşəkar Futbol Klubu bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda Misli Premyer Liqasının 28-ci turunda keçirilmiş "Zirə" – "Neftçi" qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində hakim səhvlərinə diqqət çəkilib:
"90+4-cü dəqiqədə "Zirə"nin qolu qaydaların kobud şəkildə pozulması ilə vurulub, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və "Neftçi"nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alınıb, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etməyib.
Bu səhv mövsümün həlledici mərhələsində "Neftçi"nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərilib".
Bəyanatda bildirilib ki, aprelin 20-də AFFA-nın inzibati binasında "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri, "Neftçi" PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb: "Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin "Neftçi"yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.
Klub nümayəndələri "Zirə" – "Neftçi" oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.
Hakimlər Komitəsinin "Zirə" – "Neftçi" oyununun hakimlərinin kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir. Bir daha bu mövsüm "Neftçi"nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.
"Neftçi" PFK olaraq aşağıdakıları bəyan edirik:
1. "Neftçi"yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;
2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim futbol klubu olan "Neftçi" olaraq sona qədər mübarizə aparacağıq;
3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük "Neftçi" camiəsinin - azarkeşlərin arxamızda olması yetərlidir;
4. Bütün çətinliklərə rəğmən, "Neftçi" Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Cavid Qurbanovun o sərvəti haradandır? Əgər sabah ona cinayət işi açılsa..." - Şair nazir müavininə elə mesaj verdi ki...
Bugün, 14:01 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 13:31 GÜNDƏM
-
"Orada kim təxribatla məşğul olur? - İcra başçısı sakininin şikayətini yarıda kəsdi, idarə rəisini sərt formada sorğu-suala tutdu (VİDEO)
Bugün, 12:45 GÜNDƏM
-
Xaçmazda atalar oğlanlarını bıçaqlayıb
Bugün, 12:25 KRİMİNAL
-
Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında yeni razılaşmalıar olub - FOTOLAR
Bugün, 11:53 SİYASƏT
-
Böyükşor gölü yaşıl rəngə boyanıb: nə baş verir? - "Laborator analizlər aparılır"
Bugün, 10:46 CƏMİYYƏT
-
28 May və Nizami stansiyaları arasında qatarların hərəkəti dayandırıldı - Avtobus işə salındı
Bugün, 10:20 GÜNDƏM
-
Nazirlikdən küləkli hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 09:38 GÜNDƏM
-
Azərbaycan nefti 92 dollara satılır
Bugün, 09:11 İQTİSADİYYAT
-
Bitki yağlarında TƏHLÜKƏLİ maddələr - Adlar, ölkələr...
Bugün, 00:24 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:08 GÜNDƏM
-
İmmobile aktiv futbolla vidalaşdı - AÇIQLAMA
14.08.2026, 23:15 İDMAN
-
AK Partiyanın 25 illik yubileyi - Ərdoğan dronların yaratdığı görüntülərdən məst oldu (FOTO)
14.08.2026, 22:26 GÜNDƏM
-
Xoşqədəm: "Sabah nə olacaq, düşünməyin"
14.08.2026, 22:12 PRESS
-
“Ürəyim tək sənin üçün döyünür hər dəfə” - Xalq artisti kimə aşiq olub?
14.08.2026, 21:50 ŞOU-BİZNES
-
"MƏNİ TƏLƏYƏ SALDILAR, İÇƏRİ GİRƏN KİMİ..." - Zorlamaya cəhd ittihamı ilə döyülən deputat spikerdən toxunlmazlığının ləğvini istədi
14.08.2026, 21:36 SİYASƏT
-
Qubada zəlzələ olub (Yenilənib)
14.08.2026, 21:08 GÜNDƏM
-
Səlahəddin Dəmirtaş bu tarixdə azadlığa buraxılacaq? - "İnşallah, o, bizimlə olacaq"
14.08.2026, 20:10 DÜNYA
-
Şamaxıda kişi həyətində ölü tapılıb
14.08.2026, 19:22 CƏMİYYƏT
-
“Cənnət Park”ın rəhbərinə cinayət işi açıldı
14.08.2026, 18:09 KRİMİNAL
-
Halil Dervişoğlu "Qalatasaray"dan ayrılıb
14.08.2026, 18:03 İDMAN
-
Nazir özünə yeni köməkçi götürdü
14.08.2026, 17:41 CƏMİYYƏT
-
Partiya sədrindən istefalara qəzəbli reaksiya: "Bu siyasi namus bataqlığında boğulacaqsınız"
14.08.2026, 17:24 SİYASƏT
-
Türkiyə XİN başçısının "Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər” mesajı... - TƏHLİL
14.08.2026, 17:12 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
14.08.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14.08.2026, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
14.08.2026, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
14.08.2026, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
14.08.2026, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
14.08.2026, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
14.08.2026, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
14.08.2026, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqımda ortaya atılan siyasi ssenari..."
14.08.2026, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
14.08.2026, 15:10 DÜNYA