Çin prezidentindən Hörmüzlə bağlı – AÇIQLAMA

Çin prezidentindən Hörmüzlə bağlı – AÇIQLAMA

GÜNDƏM

Bugün, 16:29

“ABŞ-İsrail hücumları və İranın cavab tədbirləri bölgədə yenidn gərginliyi artırıb. Hörmüz boğazı normal naviqasiya üçün açıq qalmalıdır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla telefonla danışığında deyib.

Si bildirib ki, Hörmüz boğazının açıq qalması təkcə regional ölkələrin deyil, bütün dünyanın ortaq maraqlarına uyğundur: “Yaxın Şərq və Körfəz bölgəsində dərhal və hərtərəfli atəşkəs tərəfdarıyıq. Bütün münaqişələr siyasi və diplomatik yollarla həll olunmalıdır. Çin bu prinsipinə sadiqdir, biz sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləyirik”

Vəliəhd bin Salman də Yaxın Şərqdəki müharibənin Körfəz ölkələrinin təhlükəsizliyinə zərər verdiyini və qlobal enerji təchizatına və iqtisadi fəaliyyətə mənfi təsir göstərdiyini xüsusi vurğulayıb: “Səudiyyə Ərəbistanı münaqişələrin və fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır və gərginliyin artmasının qarşısını almağa ümid edir”.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR