Manaf Babayev yüksək vəzifəyə təyin edildi

Manaf Babayev yüksək vəzifəyə təyin edildi

CƏMİYYƏT

20.04.2026, 11:03

"Azərpoçt" MMC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

Məlumata görə, bu, Manaf Babayevdir.

O, Azərbaycan Dövlət İqtisad Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə bakalavr, "İqtisadiyyatın idarə edilməsi" ixtisası üzrə isə magistr təhsili alıb.

M.Babayev peşə fəaliyyətinə bank sektorunda başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb, daha sonra "Aztelekom" MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru işləyib, son təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR