Rəqsanənin qızı: "Bəziləri bütün toyu mənim yarım saatlıq aldığım məbləğə aparırlar"

 Rəqsanənin qızı: \"Bəziləri bütün toyu mənim yarım saatlıq aldığım məbləğə aparırlar\"

ŞOU-BİZNES

Bugün, 16:53

Müğənni Rəqsanənin müğənnilik edən qızı Aysun İsmayılova həmkarlarını kölgədə qoyacaq iddialı fikirləri ilə diqqətləri üzərinə çəkib. Rusiyadakı məclislərdə çıxış edən ifaçı qazancı ilə bağlı ilk dəfə rəqəmləri açıqlayıb.

Mia.az xəbər verir ki, Tarix Əliyevin "YouTube" layihəsi olan "Səmimi" verilişində qonaq olan Aysun İsmayılova xaricdəki toy qiymətlərindən danışıb. İfaçı Rusiyaya ən baha qiymətə gedən müğənni olduğunu və digər tanınmış simaların bütün toy üçün aldığı məbləği cəmi bir saata qazandığını iddia edib. "Mən Rusiyaya toya hamıdan baha gedirəm. Bəziləri bütün toyu mənim yarım saatlıq aldığım məbləğə aparırlar. Nəfəs, Vəfa, Türkan, Ülviyyə, hamısı... Onlar ölkə xaricində bütün toyu 6 min dollara oxuyurlarsa, mən 6 min dollardan əlavə biznes-klass təyyarə bileti və hotel xərclərini də tələb edirəm" - deyə müğənni bildirib. Aysun İsmayılovanın sözlərinə görə, o, bu məbləğin müqabilində cəmi iki dəfə yarım saatlıq çıxış edir. Axşam saatlarından gecə yarısına qədər məclisdə oturmadığını vurğulayan ifaçı yalnız anası Rəqsanə İsmayılovanın idarə etdiyi toylarda istisna etdiyini deyib. Müğənni qeyd edib ki, yalnız anası ilə bir yerdə olanda məclisin sonuna qədər səhnədə qalır.(musavat.com)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR