Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir

Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir

İQTİSADİYYAT

Bugün, 17:41

Bu gün İranın atəşkəs müddətinin sonuna qədər Hörmüz boğazının bütün ticarət gəmilərinə açıq elan etməsindən sonra dünya bazarında xam neftin qiyməti sürətlə enməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qısa zamanda Brent xam neftinin qiyməti 8,7 faiz (təxminən 10 dollar) düşərək, bir barelin dəyəri 90 civarına dollara enib.

Ekspertlər iddia edir ki, neftin qyməti bu gedişlə sürətlə enişə davam edəcək.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi ötən gecə saat 01.00-dan qüvvəyə minən Livandakı atəşkəs şərtlərinə uyğun olaraq, boğazı bu gün az əvvəl açdıqlarını elan edib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR