Hava limanı və aerodromların təhlükəsizlik zonalar ilə bağlı qərar verildi
İQTİSADİYYAT
17.04.2026, 14:20
Nazirlər Kabineti "Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası"nı təsdiq edib.
MİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Aviasiya haqqında" qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 7 dekabr 1944-cü il tarixli Konvensiya və Konvensiyaya 14 nömrəli Əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin "Doc 9137, 6-cı hissə, maneələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanıb.
Qayda hava limanları və aerodromların təhlükəsizlik zonaları daxilində tikintisinə icazə tələb olunan binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə mülki aviasiyaya münasibətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, dövlət aviasiyasına münasibətdə isə Müdafiə Nazirliyi tərəfindən razılıq verilməsinə dair tələbləri müəyyən edir.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyi məqsədilə sertifikatlaşdırılmış hava limanlarının (və ya aerodromların), o cümlədən yeni hava limanlarının (və ya aerodromların) istismarçıları tərəfindən hava limanları və aerodromların təhlükəsizlik zonasını müəyyən edən maneə sxemləri (xəritələr) hazırlanır. Maneə sxemləri hazırlandıqdan sonra təsdiq edilməsi üçün 5 gün müddətində aidiyyəti qurumlara təqdim edilir.
Aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş maneə sxemləri (xəritələri) Bakı şəhəri və "İqtisadi rayonların yeni bölgüsü haqqında" ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli fərmanı ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati əraziləri üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər inzibati ərazi vahidləri üzrə yerli icra hakimiyyət orqanlarına, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyə Qaydada göstərilən sorğunun göndərilməsinin təmini üçün təqdim edilir.
Sertifikatlaşdırılmış hava limanlarında (və ya aerodromlarda) dəyişikliklər olduğu halda təsdiqlənmiş maneə sxemlərinə (xəritələrinə) dair dəyişikliklər Qaydaya uyğun olaraq aparılır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BƏƏ-yə 6 dron fırladılıb - Son 48 saatda
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
İsrail Livanı yenə bombaladı: daha 10 nəfər öldü
19.05.2026, 23:27 DÜNYA
-
BAKIDA MƏŞHUR HOTELDƏ GÜCLÜ YANĞIN: bura kimindir? + VİDEOLAR (Yenilənib)
19.05.2026, 23:27 CƏMİYYƏT
-
GÜRCÜSTANA KÖHNƏ VƏ YENİ QİYMƏTLƏR: “AZAL-ın biletlərinə təsir edəcək”
19.05.2026, 22:59 İQTİSADİYYAT
-
Avropa Komissiyasının sədri Ərdoğanla müzakirə apardı
19.05.2026, 22:39 DÜNYA
-
Gürcüstana qatar yolu açılır: gediş qrafiki bəlli oldu - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
19.05.2026, 22:12 CƏMİYYƏT
-
Tramp: “İran bizə yalvarır”
19.05.2026, 20:00 GÜNDƏM
-
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
19.05.2026, 19:52 İQTİSADİYYAT
-
Türkiyədə 6 nəfəri güllələyən şəxs özünü öldürdü
19.05.2026, 19:42 KRİMİNAL
-
Türkiyədə 16 yaşlı futbolçu qəzada öldü
19.05.2026, 19:37 İDMAN
-
"Beşiktaş"dan sürpriz həmlə - “Fənərbağça”dan ayrılan baş məşqçi İstanbula geri gəlir?
19.05.2026, 19:27 İDMAN
-
İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib
19.05.2026, 18:30 GÜNDƏM
-
DSMF-dən pensiya - AÇIQLAMASI
19.05.2026, 18:15 İQTİSADİYYAT
-
Əhalimiz nə qədərdir? - Son statistik məlumat açıqlandı
19.05.2026, 18:05 GÜNDƏM
-
PA rəsmisindən Gürcüstana qatar yolunun bərpası barədə - AÇIQLAMA
19.05.2026, 17:59 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa Parlamentini qınadı: "Bu qətnaməni qəbul edənlərin özləri heç..."
19.05.2026, 17:46 SİYASƏT
-
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar...
19.05.2026, 17:27 CƏMİYYƏT
-
Energetika Nazirliyi - D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib
19.05.2026, 17:21 İQTİSADİYYAT
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
19.05.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.05.2026, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
19.05.2026, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
19.05.2026, 16:44 DÜNYA
-
MERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
19.05.2026, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
19.05.2026, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
19.05.2026, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
19.05.2026, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
19.05.2026, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
19.05.2026, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
19.05.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
19.05.2026, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
19.05.2026, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
19.05.2026, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
19.05.2026, 14:33 GÜNDƏM