ABŞ səfiri Barrak Antalyada: “Regionların öz problemlərini həll etdiyi yeni bir nizam qurulur”

ABŞ səfiri Barrak Antalyada: “Regionların öz problemlərini həll etdiyi yeni bir nizam qurulur”

GÜNDƏM

Bugün, 15:44

“Dünyada regionların öz problemlərini həll etdiyi yeni bir nizam yaranır”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Antalya Diplomatiya Forumu çərçivəsində çıxışında deyib.

Səfir iddia edib ki, ABŞ prezidenti Donald Tramp zəruri hesab etdiyi yerdə "güc və rifah vasitəsilə sülh" prinsipindən istifadə edir: “Dünyada regionların öz problemlərini həll etdiyi yeni bir nizamın yaranır. Bəli, 1945-ci ildən bəri dünyada qüvvədə olan hərbi müdafiə və təhlükəsizlik anlayşları dəyişir. İndi hər dövlət öz siyasətinə görə məsuliyyət daşıyır”.

Barak daha sonra Livandakı atəşkəsdən söz açıb: “Unutmayın ki, bu, əvvəllər baş verməyib. 2024-cü ilin noyabr ayında imzalanan razılaşma birbaşa İsrail və Livan arasında bağlanmayıb. Ona görə də düşünürəm ki, prezident Tramp olaya müdaxilə etməklə böyük bir iş gördü. Livan daha 15 illik vətəndaş müharibəsi yaşamaq istəmir. Livan ordusu Hizbullahın fiziki olaraq məhv etməyin mümkün olmadığını açıq deyir, etiraf edir. Bu baxımdan israillilər və livanlıları bir araya gətirmək asan deyildi. Tramp çox möhtəşəm addım atdı…”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR