Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlamayacaq”

Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlamayacaq”

GÜNDƏM

Bugün, 20:34

“Hörmüz boğazı açıldı. İran Hörmüz boğazını bir daha bağlamayacağına razılaşdı".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, artıq boğaz dünyaya qarşı silah kimi istifadə edilməyəcək: “İran ABŞ-ın köməyi ilə Hörmüz boğazındakı minaları ya yığışdırıb, hazırda da toplamağa davam edir”

Tramp daha sonra NATO ölkələrinə “yüklənib”: "İndi Hörmüz boğazı məsələsi həll olunduğundan, NATO-dan köməyə ehtiyacımız olub-olmadığını soruşan bir telefon zəngi aldım. Onlara gəmilərini neftlə doldurmaq istəmədikləri təqdirdə, uzaq durmalarını dedim. Lazım olduqda faydalı olmazlar, onlar kağız pələnglərdir".

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR