NATO-nun Baş katibi: “Ankara sammitini səbirsizliklə gözləyirəm”

NATO-nun Baş katibi: “Ankara sammitini səbirsizliklə gözləyirəm”

DÜNYA

Bugün, 00:26

“NATO-nun müdafiə xərcləri məsələsi iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsində müzakirə olunacaq. Bu səbəbdən sammiti səbirsizliklə gözləyirəm”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Praqada Çexiyanın baş naziri Andrey Babiş ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müttəfiqlərin ötən ilki NATO Zirvəsində müdafiəyə daha çox vəsait ayırmaq, müdafiə istehsalını artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək üçün tarixi qərarlar verib: “Ankaradakı sammitdə bir çox məsələlər kimi, müdafiə sənayesi istehsalına da böyük diqqət yetiriləcək. Çünki sadəcə pula sahib olmaq kifayət deyil, həm də modern silaha sahib olmaq lazımdır”.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR