Rusiya XİN ABŞ-ı ittiham edir: "BMT qətnaməsi olmadan bunu etmək olmaz"

Rusiya XİN ABŞ-ı ittiham edir: \"BMT qətnaməsi olmadan bunu etmək olmaz\"

DÜNYA

Bugün, 00:11

“ ABŞ-ın Hörmüz boğazını blokada saxlaması tam qanunsuz aktdır."Bu cür hərəkətlər açıq şəkildə beynəlxalq cinayət və təcavüzdür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada ənənəvi mətbuat konfransında suallara cavabda bildirib.

XİN sözçüsü deyib ki, blokada yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilə bilər: “BMT Təhlükəsizlik Şurası tərəfindən Hörmüz boğazı ilə bağlı heç bir qətnamə qəbul edilməyib. Vaşinqton beynəlxalq hüququ özbaşına icra etməyə can atır. Bu, yolverilməzdir”

ABŞ və İran arasında əldə edilən və İsrailin də daxil olduğu müvəqqəti atəşkəsə toxunan Zaxarova bildirib ki, sülh danışıqlarını təqdir edirlər: "Bölgədə gərginliyin tam miqyaslı artmasının qarşısını almaq və danışıqlar prosesi üçün uyğun şərait yaratmaq üçün atəşkəs razılaşmasına tam əməl edilməlidir”.

Samir MUSAYEV

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR