İsrail Livanın cənubunda əməliyyat keçirib – Ölən və yaralananlar var

İsrail Livanın cənubunda əməliyyat keçirib – Ölən və yaralananlar var

DÜNYA

Bugün, 00:05

Atəşkəs elanına baxmayaraq, İsrail Livanın cənubuna hücumu davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə azı 9 nəfər həlak olub, 33 nəfər yaralı var.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, İsrail döyüş təyyarələri Livanın Sidon əyalətindəki Qaziya şəhərinə hava hücumu ilə azı 7 nəfər həlak olub, 33 nəfər yaralanıb: “Dağıntılar altında itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları davam edir. Bununla yanaşı, Nəbatiyyə əyalətinin Zefta şəhərində bir maşın dronla vurulub. Maşında olan iki nəfər hadisə yerində r həlak olub”.

Xatırladaq ki, bu gün saat 01.00-da İsrail və Livan arasında atəşkəs qüvvəyə minəcək.

Tahir Şəlvəli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR