Rus hakerlərindən şok əməliyyat -  Yunanıstan ordusunun gizli məlumatları ələ keçirilib 

Rus hakerlərindən şok əməliyyat -  Yunanıstan ordusunun gizli məlumatları ələ keçirilib 

GÜNDƏM

Bugün, 08:43

Rusiyalı hakerlər Yunanıstan Baş Qərargahına (HNDGS) məxsus 27 gizli elektron poçt hesabını ələ keçirib.
Mia.az Reuters agentliyinə istinadla xəbər verir ki, oğurlanmış hesablar arasında Yunanıstanın Hindistan və Bosniya və Herseqovinadakı hərbi attaşelərinin hesabları da var.
Britaniya və Amerika kibertəhdid tədqiqatçılarından ibarət Ctrl-Alt-Intel qrupunun iddiasına görə, hakerlərin təsadüfən,yaxudda bilərəkdən məlumatları internetə açıq qoymaqla “ələkeçirmə əməliyyat”nı ortaya çıxıb.
Xəbərdə iddia olunur ki, hücumu Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli "Fancy Bear" kimi tanınan kiber casus qrupu həyata keçirib.
Rəsmi Moskva bu iddiaları rədd edib.
Firudin Səfərli
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR