"Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağıdır"
SİYASƏT
15.04.2026, 15:12
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çexiyaya işgüzar səfəri çərçivəsində ölkənin Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Hynek Kmoníček, xarici işlər nazirinin birinci müavini Jiří Brodský, Prezident Administrasiyasının Xarici siyasət departamentinin direktoru vəzifəsini icra edən Lucie Nebesářová və Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Jiří Skopeček ilə görüşlər keçirib.
Mia.az xəbər verir ki, danışıqlar zamanı Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bu münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd olunub.
Tərəflər 2026-cı ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev ilə Çexiyanın Baş naziri Andrej Babiš arasında keçirilmiş görüşü məmnunluqla xatırlayaraq, ən yüksək səviyyədə təmasların yaxın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Çexiya tərəfi siyasi dialoqun intensivləşdirilməsi, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Xüsusilə enerji, nəqliyyat, sənaye, müdafiə və digər prioritet sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə maraq ifadə olunub.
Keçirilmiş görüşlərdə Çexiya tərəfi Azərbaycan ilə müxtəlif sahələr üzrə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Bu xüsusda, həmçinin iki ölkənin regionlararası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub. Parlamentlərarası əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərə toxunulub. Çexiya tərəfi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyətini vurğulayıb. Çexiya rəsmiləri Azərbaycanı Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağı kimi qiymətləndirərək, ölkəmizi Aİ üçün Mərkəzi Asiyaya etibarlı və strateji çıxış qapısı kimi xarakterizə ediblər. Aİ ilə Azərbaycan arasında münasibətlərdə xüsusilə son dövrlərdə müşahidə olunan müsbət dinamika Çexiya tərəfindən alqışlanıb.
Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, cari il ərzində Ermənistanda keçiriləcək parlament seçkilərinin və bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından vacib rol oynayacağını diqqətə çatdırıb. Çexiya tərəfi Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa müddətdə imzalanmasının vacibliyini vurğulayıb.
Elçin Əmirbəyov səfər çərçivəsində Çexiyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Siyasət və Cəmiyyət İnstitutunda təşkil olunmuş dəyirmi masada çıxış edib, "CNN Prima News" televiziya kanalına və "Europe" jurnalına müsahibələr verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
Bugün, 13:11 GÜNDƏM
-
Prezident İlham Əliyev Məryəm Nəvaz Şəriflə görüşüb - FOTOLAR(Yenilənib)
Bugün, 11:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Krallı qəbul etdi - FOTO
Bugün, 11:16 GÜNDƏM
-
Naxçıvana uçuş təxirə salındı: uşaqlı ailələr ac-susuz qalıb - Sərnişin əvəzinə karqo daşınır? + AÇIQLAMA (YENİLƏNİB)
Bugün, 10:43 GÜNDƏM
-
WUF13 çərçivəsində nazirlərin dəyirmi masası başlayıb
Bugün, 10:09 GÜNDƏM
-
WUF13-lə bağlı mükafat yaradılıb
Bugün, 09:23 CƏMİYYƏT
-
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Bugün, 09:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 CƏMİYYƏT
-
"WUF13Azerbaijan": "Bakı hazırdır!"
16.05.2026, 23:04 GÜNDƏM
-
Səlim Müslümovun 700 minlik evi: 231 min manat endirim oldu, yenə alan yoxdur!
16.05.2026, 21:47 GÜNDƏM
-
SÖZÜM SİZƏDİR: NARAZI VƏ "ƏLİ PAYALI" VALİDEYNLƏR...
16.05.2026, 21:40 YAZARLAR
-
DSX rəisi Britaniya kralı ilə bir arada - FOTOLAR
16.05.2026, 17:27 GÜNDƏM
-
Hacıbaba Əzimov dünyasını dəyişib
16.05.2026, 16:38 GÜNDƏM
-
Partiya sədri: "Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini kəskin tənqid edib" - "Düz deyir, kasıb-kusub yaşayan yerlər nə vaxtdan şəhər olub?"
16.05.2026, 16:27 GÜNDƏM
-
Milyarder, deputat və sədr... - “Yelo Bank”a tətbiq edilən sanksiyalar “Lukoil”un "zapravka"larına da təsir etdi
16.05.2026, 16:19 İQTİSADİYYAT
-
Yağışlı hava nə vaxtadək davam edəcək? - Açıqlama
16.05.2026, 15:54 GÜNDƏM
-
TÜRK ÖLKƏLƏRİNİN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ: "Əgər ABŞ–Çin rəqabəti daha da dərinləşəsə..." - TƏHLİL
16.05.2026, 15:02 SİYASƏT
-
Yağış və dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
16.05.2026, 13:21 CƏMİYYƏT
-
Xocalının bu kəndlərinə növbəti köç oldu
16.05.2026, 13:16 GÜNDƏM
-
Prezident BMT rəsmisini qəbul etdi, Niyyət Məktubu imzalandı - FOTOLAR
16.05.2026, 13:01 GÜNDƏM
-
Cəbrayıla növbəti köç olub
16.05.2026, 12:40 GÜNDƏM
-
FHN-də yeni Qərargah və işçi qruplar yaradıldı
16.05.2026, 12:31 GÜNDƏM
-
Nərimanovun sabiq icra başçısı vəfat edib
16.05.2026, 12:01 CƏMİYYƏT
-
Vüsal müəllimin şübhəli fikri... - Osman Gündüz yazır
16.05.2026, 11:59 YAZARLAR
-
"Facebook”da önəmli motivasiya qərarı… - Məhəmmədəli Qəribli yazır
16.05.2026, 11:47 YAZARLAR
-
İcra Hakimiyyətinin tenderlərinə "stop" qoyulub
16.05.2026, 10:57 İQTİSADİYYAT
-
Direktor baş həkim təyin olundu
16.05.2026, 10:06 CƏMİYYƏT
-
Tramp: "Amerika ordusu Əbu Bilal əl-Minuki məhv edib"
16.05.2026, 09:30 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 116 dolları ötdü
16.05.2026, 09:08 İQTİSADİYYAT
-
İsrail və Livan arasında atəşkəs uzadıldı - 45 gün
16.05.2026, 01:46 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16.05.2026, 00:05 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Qazaxıstandan vətənə döndü - FOTO
15.05.2026, 23:44 GÜNDƏM
-
Teleaparıcının görüntüləri gündəm oldu – FOTOLAR
15.05.2026, 22:40 ŞOU-BİZNES
-
Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputatdan rəisə etiraz
15.05.2026, 22:27 SİYASƏT