"Turan-Tovuz" "Sumqayıt"da məğlub edib

\"Turan-Tovuz\" \"Sumqayıt\"da məğlub edib

İDMAN

12.04.2026, 22:49

Bu gün Premyer liqanın 27-ci turunun maraqlı oyunlarından biri Tovuzda keçirilib.

Mia.az xəbər verir ki, rayon klubu "Sumqayıt"ı qəbul edir. Oyunun 9-cu dəqiqəsində "Turan" 29 nömrəli oyunçusu Filip Ozobiçin köməyilə erkən qolla imza atıb - 1:0

 50-ci dəqiqədə "Turan" Corlem Santosun  qolu ilə fərqi artırıb.

Fasilədən sonra, 64-cü dəqiqədə qonaqların oyunçusu Rayan Senhadji fərqi azaldıb - 2-1.

Oyun bu hesabla başa çatıb.

"Turan-Tovuz" öz meydanında əhəmiyyətli qələbə qazandı

Yeri gəlmişkən, Tovuz klubu qış fasiləsindən sonra ilk dəfə öz meydanına dönüb. Mövsümün əvvəlində də stadionunun ot örtüyünün yenilənməsi səbəbiylə "Turan" Bakıda müvəqqəti olaraq ev oyunları keçirmişdi. Keçən ilin noyabrında klub doğma meydançasına dönsə də, ot örtüyü zədələndiyindən, yenidən Bakıya qayıtmağa məcbur olmuşdu.

Maraqlıdı ki, turun bundan əvvəlki oyununda "Turan"nın prezidenti Ehtiram Quliyev hakim haqsızlıqlarıyla bağlı narazılığını dilə gətirmiş və daha sonra AFFA klubu 15 min manat cərimələmişdi. Bu gün E.Quliyevi tribunalarda görən azarkeşlər onu coşğuyla qarşılayaraq təşəkkürünü bildirdi.

Zülfiyyə Mustafayeva 

Mia.az

Tovuz

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR