İSLAMABADDA 14 SAATLIQ GÖRÜŞ NƏTİCƏSİZ BİTDİ: ABŞ Vitse-prezidenti ölkəni tərk etdi, Tramp və İrandan açıqlamalar (YENİLƏNİB)
GÜNDƏM
12.04.2026, 08:54
Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib.
Bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"İranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər ondan ibarətdir ki, biz razılığa nail ola bilmədik... Bizə onların nüvə silahı yaratmağa çalışmayacaqlarına və onlara tez bir zamanda nüvə silahı yaratmağa imkan verəcək vasitələri əldə etmək cəhdlərindən çəkinəcəklərinə dair qəti zəmanət lazımdır. Sual ondan ibarətdir: biz onların təkcə indi və ya iki ildən sonra deyil, uzunmüddətli perspektivdə nüvə silahı hazırlamamağa hazır olduqlarını görürükmü? Biz bunu görmədik və hələ də görməyə ümid edirik", - o bildirib.
Vens bildirib ki, Amerika tərəfi "ən son sülh təkliflərini" İran tərəfinə çatdırıb.
"Biz buradan çox sadə bir təklif qoyaraq ayrılırıq. Söhbət bizim yekun və [Tehran üçün] ən sərfəli təklifimiz olan anlaşma metodundan gedir", - o bəyan edib.
ABŞ-nin Vitse-prezidenti həmçinin qeyd edib ki, İran Birləşmiş Ştatların şərtlərini qəbul etməmək qərarına gəlib.
"Biz qırmızı xəttlərimizin haradan keçdiyini, onlara doğru hansı addımları atmağa hazır olduğumuzu və nələrə hazır olmadığımızı mümkün qədər aydın şəkildə ifadə etdik. Onlar isə bizim şərtlərimizi qəbul etməməyi seçdilər", - deyə Vens əlavə edib/Report.
***
Rəsmi Tehran İran və ABŞ arasında Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqların uğurunun qarşı tərəfin qanunsuz tələblərdən çəkinməsindən asılı olduğunu bildirib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial media hesabındakı paylaşımda bildirib.
"Bu diplomatik prosesin uğuru ambisiyalı və qeyri-qanuni tələblərdən çəkinməkdən, habelə İranın hüquqlarının və qanuni mənafelərinin qəbul edilməsindən asılıdır", - Bəqai bildirib.
O bildirib ki, danışıqlar çərçivəsində tərəflər arasında çoxsaylı mətn mübadiləsi olub.
"Son 24 saat ərzində Hörmüz boğazı, nüvə məsələsi, müharibə təzminatı, sanksiyaların ləğvi, İrana qarşı və regionda müharibənin tamamilə sona çatması da daxil olmaqla, əsas müzakirə mövzularının müxtəlif aspektləri barədə danışıqlar aparılıb", - deyə qeyd edən Bəqai vasitəçilik missiyasını yerinə yetirən Pakistana təşəkkür edib.
***
İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq məsləhətləşmələr yekun nəticə olmadan bitib.
Mia.az xəbər verir ki, bu barədə İslam Respublikası hökuməti məlumat yayıb.
Məlumatda deyilir ki, fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesi davam etdiriləcək,
***
ABŞ Prezidenti Donald Tramp İranla Pakistanda keçirilən danışıqların nəticəsindən narahat deyil.
Mia.az xəbər verir ki, o, bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp danışıqlarla baölı suala cavabda deyib: "Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik",
***
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında Hörmüz boğazının statusu ilə bağlı diplomatik danışıqlarda çıxılmaz vəziyyət yaranıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran boğazdan keçən hər bir gəminin Tehrandan icazə almasını tələb edib.
Məlumata əsasən, bu, tərəflər arasındakı danışıqları "dalan"a dirəyib: "ABŞ nümayəndə heyəti bu tələbi beynəlxalq naviqasiya azadlığına zidd hesab edərək inadla rədd edir. Bu bu çıxılmaz vəziyyətə baxmayaraq, tərəflər diplomatik kanalları tamamilə bağlamayıblar. Bu bu gecə və ya sabah səhər danışıqlar mərhələsinin növbəti raundu keçiriləcək. Artıq tərəflər əsas məsələlər üzrə yazılı bəyanat mətnlər mübadiləsinə başlayıblar".
***
İran və ABŞ arasında atəşkəs və növbəti addımları razılaşdırmaq üçün Pakistanda danışıqlara start verilib.
Mia.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə tərəflər az əvvəl bir araya gəliblər
Məlumat üçün bildirək ki, ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance, İran nümayəndə heyətinə isə Parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.
***
ABŞ və İran arasında 15 günlük atəşkəs razılaşması ilə bağlı sabah tərflər arasında Pakistanda ilk görüş olacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq görüşün keçiriləcəyi məkan belə müəyyənləşib.
Məlumata görə, danışıqlar Pakistandakı 300 otaqlı “Serena” otelində olacaq: “Bu görüşlə bağlı paytaxt İslamabadda iki günlük tətil elan edilib, dərslər bağlanıb, şəhərdə sərt təhlükəsizlik tədbirləri görülüb. Bir sözlə, göydə quş belə uçurulmur".
Pakistan mənbələr deyir ki, görüşün olacağı otel artıq boşaldılıb: “İslamabad Serena Otelindəki biznes kompleksi boşaldılıb, ofislər bağlanıb və müxtəlif təşkilatların işçilərinə bazar gününə qədər evdən işləmək tapşırılıb. ABŞ və İran nümayəndə heyətlərinin orada qalması gözlənildiyi üçün bütün ərazi ciddi təhlükəsizlik tədbirləri görülüb. Obyektin ətrafına konteynerlər yerləşdirilib. Yaxınlıqda ağır təhlükəsizlik texnikaları yerləşdirilib.”
Xəbərdə deyilir ki, danışıqlarda İran tərəfini Parlament sədri Məhəmməd Bağer Qalibaf, ABŞ-I isə Vitse-prezident, Trampın kürəkəni və xüsusi nümayəndəsi təmsil edəcək.
O da bildirilir ki, Pakistan təyyarələri İran nümayəndə heyətini İslamabada müşayiət edəcək.
Hüseyn Namazov
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bugün, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
Bugün, 16:44 DÜNYA
-
ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
Bugün, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
Bugün, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
Bugün, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
Bugün, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
Bugün, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
Bugün, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
Bugün, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
Bugün, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Bugün, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
Bugün, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
Bugün, 14:33 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Bugün, 14:21 İQTİSADİYYAT
-
İlham Əliyev Belarus rəsmilərini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"
Bugün, 13:56 SİYASƏT
-
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bugün, 13:27 GÜNDƏM
-
Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək"
Bugün, 13:24 SİYASƏT
-
Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?
Bugün, 13:05 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT
-
Doktorantura səviyyəsinə sənəd qəbulu başlayıb
Bugün, 10:23 GÜNDƏM