Livan və İsrail arasında Vaşinqtonda ilk təmas: nələr ola bilər? - TƏHLİL

Livan və İsrail arasında Vaşinqtonda ilk təmas: nələr ola bilər? - TƏHLİL

SİYASƏT

Bugün, 11:32

Livan və İsrailin Vaşinqtondakı səfirləri arasında ABŞ-ın vasitəçiliyi ilə telefon danışığı baş tutub.

Söhbət zamanı atəşkəsin əldə olunması və bu istiqamətdə diplomatik səylər müzakirə olunub.

Tərəflər ABŞ-ın vasitəçiliyi ilə çərşənbə axşamı günü Dövlət Departamentində ilk görüşün keçirilməsi barədə razılığa gəliblər.

Livan dövləti ilə İsrail arasındakı əsas problem “Hizbullah"dır.
Təşkilat hər iki ölkə üçün təhdid yaradır. “Hizbullah” Livanda sabitliyi pozan, dövlət içində dövlətə çevrilmiş bir qruplaşmadır. Hətta rəsmi Beyrutun “Hizbullah”la mübarizə aparacaq yetərli gücü yoxdur.
İsrail üçün isə “Hizbullah” İranın regiondakı proksi qüvvəsidir. “Hizbullah”ın regiondakı mövcudluğu Təl-Əviv üçün strateji təhlükəsizlik problemidir.
İsrail ilə Livan arasında əldə olunacaq atəşkəsin böyük ehtimalla müvəqqəti xarakter daşıyacaq. İslamabadda baş tutan İran–ABŞ danışıqları müddətində Vaşinqton bölgədə əlavə gərginlik yaşanmasını istəmir. Lakin danışıqların nəticəsindən asılı olaraq hərbi əməliyyatlar yenidən intensivləşə bilər.
Təl-Əviv indiki mərhələdə Beyrut ilə ortaq məxrəcə gəlməli, hətta “Hizbullah”a qarşı birgə hərbi əməliyyat variantını nəzərdən keçirməlidir. Əks təqdirdə İsrail əməliyyatları daha sərt və nəzarətsiz formada davam etdirə bilər ki, bu da gələcəkdə “Hizbullah”dan təmizlənən Livan ərazilərinin İsrail tərəfindən ilhaqı riskini yarada bilər.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR