"Karvan-Yevlax" - "Kəpəz" oyunu: 4 qol var (Yenilənir)

 \"Karvan-Yevlax\" - \"Kəpəz\" oyunu: 4 qol var (Yenilənir) 

İDMAN

Bugün, 16:39

Premyer liqanın 27-ci turunda bu gün "Karvan-Yevlax" Gəncə təmsilçisi "Kəpəz"i qəbul edir.

Mia.az xəbər verir ki, oyunun 38-ci dəqiqəsində "Karvan-Yevlax"dan Rauf Rüstəmli hesabı açıb: 1-0

 45-ci dəqiqədə Rauf Rüstəmli dubl edərək hesabı artırıb: 2:0

O, qol sevincini baş məşqçi Fizuli Məmmədovun boynuna sarılmaqla qeyd edib. 

Beləliklə, "Karvan" ikinci hissəyə qol və psixoloji üstünlüklə yollanıb.

49-cu dəqiqədə qonaqlar fırqi azaldıb. Fərid Nəbiyev qola imza atıb - 2:1

Karvan-Yevlax"ın qapıçısı Pedro Mateuş oyunun 51-ci dəqiqəsində rəqib oyunçu ilə toqquşaraq gözündən zədələnib.

65-ci dəqiqədə "Karvan-Yevlax"  Eltun Turabovun qolu ilə  fərqi artırıb - 3-1

Hazırda oyun davam edir.

Qeyd edək ki, turnir cədvəlində sonuncu yerlərdə qərar tutan komandalar üçün bu oyun əhəmiyyətli sayılır.

"Kəpəz" son oyunlarda əldə etdiyi bəzi avantaj vəziyyətlərlə əslində uğurlu görüntü yaradır. Xüsusilə "Qarabağ" üzərində qələbələr onun autsayder durumundan canını qurtara biləcəyinə ümid yaradır. Turnir cədvəlində "Qəbələ" ilə yerini dəyişən "Kəpəz" Yevlaxda meydan sahibləri ilə oyuna bu səbəbdən psixoloji üstünlüklə çıxa bilər. 

Qeyd edək ki, hazırda "Karvan-Yevlax" 8 xalla turnir cədvəlində sonuncudu. İndiyədək 26 oyun keçirən meydan sahiblərinin qapısına mövsüm ərzində 56 qol vurulub. Komanda özünün vurduğu 16 qolla təsəlli tapır.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR