Azər Bağırov: "Məğlubiyyətin səbəbi psixoloji amillərlə də bağlıdır" - VİDEO

Azər Bağırov: \"Məğlubiyyətin səbəbi psixoloji amillərlə də bağlıdır\" - VİDEO

İDMAN

Bugün, 19:45

"Karvan-Yevlax"-"Kəpəz" oyunundan sonra keçirilən mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Mia.az-ın əməkdaşı turun sonuna yaxın, vacib mərhələdə məğlubiyyətin səbəbiylə maraqlanıb:

-Bundan sonra "İmişli" və "Kəpəz"lə oyunlar var və turnir cədvəlində sizin komandaya yaxın mövqeləri bölüşürsünüz. Bu günki məğlubiyyət qarşıdakı oyunları daha məsuliyyətli edir. Halbuki, avantaj qazana bilərdiniz. Sizcə, komandanın bu mərhələdə daha güclü psixoloji motivasiyaya ehtiyacı var? 

-Bu suala geniş cavab vermək zəruridi. Çünki komanda bundan əvvəl psixoloji xaos vəziyyətindəydi, dalbadal məğlubiyyətlər vardı. Biz hazırda ən sonuncu yerdən xeyli öndəyik. Gərək belə olmayaydı. Bu gün oyunu qazanıb azarkeşlərimizi sevindirə bilərdik. Amma oyunçu itkisi həm oyunun gedişatına, həm də nəticələrə böyük təsir etdi. Bu , psixoloji baxımdan da mənfi haldı. Özümüzü toplayıb qarşıdakı oyunlara baxmalıyıq. Bəzən deyirlər ki, uduzmağı da bacarmaq lazımdı. Amma baxır, necə uduzmaq. Dueqo Verdaskanın yoxluğu təbii ki, oyuna təsir etdi.

-Bəs Ohorini oynatmaq olardımı? Onun zədəsi deyəsən, sağalıb.

-Hələ tam sağalmayıb Ohori. Biz onu bu gün oyuna buraxıb risk eləmək istəmədik. Fiziki hazırlığı davam edir. İnşallah, qarşıdakı oyunlara qoşulacaq.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR