KTN-nin mətbuat katibi yola salınır - Vüqar Hüseynovla bağlı qərar verildi

KTN-nin mətbuat katibi yola salınır - Vüqar Hüseynovla bağlı qərar verildi

PRESS

Bugün, 00:07

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov vəzifədən gedir.

Mia.az-ın əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mayın 1-də tutduğu vəzifədən azad ediləcək.

Məlumata görə, o, hazırda məzuniyyətdədir: "Mayın 1-də məzuniyyət müddəti bitir və həmin günü də vəzifədən azad edilməsi barədə əmri rəsmiləşəcək".

Xəbərdə onun başqa bir quruma vəzifəyə gedəcəyi də bildirilib.

Yeni təyinatı haqqında informasiyamız  var və həmin qurumdakı vəzifəsinin adını tam dəqiqləşdirdikdən sonra yazacağıq. 

KTN-nin yeni sözçüsünün kim olacağına gəlincə, bu barədə ayrıca xəbərimiz olacaq.

Məsələyə Vüqar Hüseynovun özündən münasibət öyrənmək istədik. O, Feysbuk və Votsap-dan yazdığımız sualı oxusa da, cavab verməyib.

Mövzuya qayıdacağıq.

F.ƏHMƏD

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR