İranın 80-dən çox heyətlə Pakistana yollanıb

İranın 80-dən çox heyətlə Pakistana yollanıb

DÜNYA

Bugün, 09:15

Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqlar aparacaq İranın nümayəndə heyətinə 80-dən çox şəxs daxildir.

Bu barədə ISNA məlumat yayıb.

"Bu nümayəndə heyətinə parlamentin sədri Məhəmmədbaqer Qalibaf rəhbərlik edir", - məlumatda bildirilib və əlavə edilib ki, xarici işlər naziri Abbas Əraqçi, İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian da danışıqlara qatılacaqlar.

Danışıqlarda İranın əsas qurumlarının müavinləri də iştirak edəcək:

"Əsas müzakirəçilərlə yanaşı, danışıqların yüksək həssaslığına görə lazımi məsləhətləşmələr aparmaq üçün nümayəndə heyətində iqtisadi, təhlükəsizlik və siyasi sahələr üzrə texniki, ixtisaslaşmış komitələrin 26 üzvü də iştirak edir. Müxtəlif kütləvi informasiya vasitələrindən 23 media nümayəndəsi də danışıqlar aparan nümayəndə heyətini müşayiət edib".

Qeyd olunub ki, nümayəndə heyətinin digər hissəsinə isə protokol və əlaqələndirici qruplar, tərcüməçilər və mühafizəçilər daxildir.

Qalibaf bu qrupdan əlavə, özünü müşayiət edən nümayəndə heyəti kimi Minabda ölən şagirdləri də qeyd edib/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR