AAYDA-nın sabiq sədri məhkəmədə Vasif Talıbovun oğlunu "hədəf taxtası"na qoydu: "Pullar ona çatdırılırdı"
İQTİSADİYYAT
10.04.2026, 17:31
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Rerport-a istinadla xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.
Təqsirləndirilən şəxs Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə "Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti"nə baş direktor vəzifəsinə təyin edilib: "Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı və aparılan yoxlamaların heç birində mən iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olacaq yoxlamaları 2023-cü ildə başladıldı.
Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq forma 2-lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Çəkiləcək yola ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra iclas olurdu hər ay, iclasda gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı.
Yol idarələrinin müdirləri 10 faizləri gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova verirdim. O da pulu Seymur Talıbova (red. Vasif Talıbovun oğlu) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər 2 faiz isə bank xərclərinə gedirdi.
Aldığımız "bonuslara", paketlərə gəlincə, bunu maaşlarımızın az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclisi sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürüdü. 12 faizin 2 faiz bank hesablarına gedirdi, qalan 10 faizi isə aparıb Hicran Rüstəmova verirdim".
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə nazirliyin Mübariz adlı işçisi yanıma gəlib:
"Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı biri ilə gəlmişdi. Bildirdi ki, bəs buna 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, Maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.
Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim".
Məhkəmənin prosesi mayın 1-dək təxirə salınıb.
Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Kinematoqrafçılar İttifaqının sədri kim olacaq? - "Real namizədlər qurultayda və ya onu əvəz edən konfransda bilinəcək"
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Konqoda Ebola epidemiyası: ölənlərin sayı 118-ə çatdı
Bugün, 16:44 DÜNYA
-
Vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri İctimai teleradio ilə bağlı Mehriban xanım Əliyevaya müraciət etdilər
Bugün, 16:31 PRESS
-
ERKEL AVROPANI ANALİZ ETDİ: “Üç vədimizin üçü də böyük risk altındadır"
Bugün, 16:22 SİYASƏT
-
DAHA BİR AQROPARK YARADILDI
Bugün, 16:17 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev iki qanuna dəyişiklik etdi - DETALLAR
Bugün, 15:58 GÜNDƏM
-
Prezident Sabir Rüstəmxanlını təltif etdi - Sərəncam
Bugün, 15:46 GÜNDƏM
-
İranın Keşm adasına zərbə endirilib
Bugün, 15:33 GÜNDƏM
-
Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib
Bugün, 15:18 GÜNDƏM
-
Rus dronu Estoniyaya girdi - NATO qırıcısı vurdu
Bugün, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb
Bugün, 15:14 GÜNDƏM
-
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Bugün, 15:09 GÜNDƏM
-
Bu kanallar cəzalandırıldı - SİYAHI
Bugün, 15:01 PRESS
-
İran Ordusu ABŞ-ın hücum təhdidinə əks həmlə mesaj ilə cavab verdi: “Əlavə cəbhələr açacağıq”
Bugün, 14:33 GÜNDƏM
-
Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Bugün, 14:21 İQTİSADİYYAT
-
İlham Əliyev Belarus rəsmilərini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 14:01 GÜNDƏM
-
Prezidentin köməkçisi: "Azərbaycan öz təcrübə və çağırışlarını bölüşməyə hazırdır"
Bugün, 13:56 SİYASƏT
-
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bugün, 13:27 GÜNDƏM
-
Ceyhun Bayramov: "Trump yolu" regional bağlantını gücləndirəcək"
Bugün, 13:24 SİYASƏT
-
Müğənni yazdı, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri məhkəmə ilə hədələdi - Tərəflər bir-birini nədə ittiham edir?
Bugün, 13:05 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:45 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 12:31 İQTİSADİYYAT
-
Putin Çinə gedir: "Biz heç kimə qarşı ittifaq qurmuruq…”
Bugün, 12:30 GÜNDƏM
-
Lənkəranda işıq yenə kəsiləcək
Bugün, 12:14 CƏMİYYƏT
-
"Sabah"ın Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli oldu - SİYAHI
Bugün, 12:01 İDMAN
-
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - Açıqlama
Bugün, 11:47 GÜNDƏM
-
Trampdan Irana açıq xəbərdarlıq: “Yerləbir etmədən razılaşma olarsa…”
Bugün, 11:20 GÜNDƏM
-
Bakı-Qazax magistral yolunda piyadanı ölümü - Sürücü qaçıb
Bugün, 11:18 KRİMİNAL
-
Ucarda faciə: oğul traktoru geri verərkən ehtiyatsızlıqdan anasını öldürüb
Bugün, 11:03 KRİMİNAL
-
Azərbaycanlı gənclər Stokolmda beynəlxalq konfransda iştirak ediblər
Bugün, 11:03 SİYASƏT
-
Aparıcısı Humay Muxtarova “TikTok”da haqqında şərh yazan şəxsi məhkəməyə verib
Bugün, 10:46 PRESS
-
“Milli ilmələrdən toxunan şəhər: Şəhərsalma mədəniyyəti” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bugün, 10:26 CƏMİYYƏT
-
Doktorantura səviyyəsinə sənəd qəbulu başlayıb
Bugün, 10:23 GÜNDƏM