Trampın xanımı “Epşteyn işi”ndən danışdı: “Onunla əlaqəm olmayıb, bu iddialar...”

Trampın xanımı “Epşteyn işi”ndən danışdı: “Onunla əlaqəm olmayıb, bu iddialar...”

DÜNYA

Bugün, 00:12

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp azyaşlıları cinsi istismar ittihamı ilə həbs olunan və sonradan həbsxanada sirli şəkildə ölən milyarder Ceffri Epşteynlə hər hansı bir əlaqəsi olmadığını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, bu gün Epşteynlə bağlı ona qarşı irəli sürülən ittihamlarla bağlı Ağ Evdə kameralar qarşısında açıqlama verib.

Kameraların önündə yazılı şəkildə oxuduğu açıqlamasında Melaniya Tramp bildirib ki, adının Epşteynlə əlaqələndirilməsi yolverilməzdir: “Mənim onunla heç bir əlaqəm olmayıb, onun hər hansı bir cinayət tərkibli əməllərindən də xəbərim olmayıb. Mənə qarş bu cür iddialar tamamilə əsassızdır və nüfuzuna xələl gətirmək məqsədiylə uydurulub. Məni utancverici Ceffri Epşteynlə əlaqələndirən yalanlara son qoyulmalıdır. Mənim haqqımda yalan danışanlarda adi etik standartlar belə yoxdur. Onların cahilliyini mübahisələndirmirəm, amma nüfuzumu ləkələmək cəhdlərini rədd edirəm."

Birinci xanım daha sonra Konqresi Epşteynin cinayətlərinin qurbanları ilə bağlı ictimai dinləmə keçirməyə çağırıb.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR