Füzuli Məmmədov Mia.az-ın suallarını cavablandırdı: "3:1-dən sonra artıq oyun bizim idi" - VİDEO

Füzuli Məmmədov Mia.az-ın suallarını cavablandırdı: \"3:1-dən sonra artıq oyun bizim idi\" - VİDEO

İDMAN

Bugün, 20:23

Premyer Liqanın 27-ci turunun ilk oyununda sürpriz oldu.

Bütün mövsüm boyunca öz meydanında qələbəyə həsrət qalan "Karvan-Yevlax" nəhayət, azarkeşin üzünü güldürdü.

"Kəpəz" üzərində böyükhesablı (4-1- Z.M.) qələbəni şərh edən, Yevlax klubunun baş məşqçisi Füzuli Məmmədov mia.az-ın əməkdaşının suallarını cavablandırıb:

-Erkən qollar, birinci hissədə vurulan qollar deyəsən, böyük psixoloji üstünlük yaradır və hətta oyunun taleyini həll edir.

-Əlbəttə. Psixoloji üstünlüklə yanaşı, həm də qolu qorumaq instinkti yaradır. Oyunçular çalışır ki, hesabı saxlasınlar. Siz gördünüz ki, hesab 2-1 olanda bizim oyunçular daha da ehtiyatlı oldular, müdafiəni gücləndirdilər. 3-1-dən sonra artıq oyun bizim idi.

-Hek-trek edən Rauf Rüstəmlinin bacarığı sanki bu oyunda kəşf edildi.

-Rauf istedadlı oyunçudu. Bundan əvvəlki oyunlarda biz onu əsas heyətə daxil etmişdik. Amma təbii ki, bütün oyunçuları rotasiya ilə oynatmaq lazımdı, o baxımdan bir-iki oyun fasiləsindən sonra Raufu yenidən əsas heyətə saldıq. Həm də son 2 oyunda Rauf bir az bizim gözləntilərimizdən aşağı performans göstərmişdi, amma bu gün məhsuldar oyun nümayiş etdirdi.

Zülfiyyə Mustafayeva 

Mia.az

Yevlax

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR