"Beşiktaş"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq

\"Beşiktaş\"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq

İDMAN

Bugün, 17:19

Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Departamenti Super Liqanın son turunda yaşanan bəzi qalmaqallarla bağlı Peşəkar Futbol İntizam Şurasına (PFDK) materiallar göndərib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə TFF məlumat yayıb.

Mlumatda deyilir ki, PFDK-ya göndərilən materialların 4-ü "Beşiktaş"a aiddir.

Materialda “Fənərbağça” derbisi zamanı baş verən hadisələrə görə “Beşiktaş” Klubunun prezidenti Serdal Adalı, baş məşqçisi Sergen Yalçın və iki oyunçusu futbolun nüfuzuna xələl gətirən açıqlamalar verdikləri üçün cəzalandırmaları tələb olunub.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR