Qaradağda əməliyat: iki nəfər 42 kq narkotiklə tutulub

Qaradağda əməliyat: iki nəfər 42 kq narkotiklə tutulub

KRİMİNAL

Bugün, 18:01

Bakının Qaradağ rayonunda iki nəfər 42 kiloqram narkotiklə qandallanıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonu ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 39 yaşlı Qurban Əliyev və 41 yaşlı Eşqin Hümbətov saxlanılıblar.

Onlardan 42 kiloqram 235 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 500 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olduqları və bu məqsədlə, əsasən, gəncləri narkokuryerliyə cəlb etdikləri müəyyənləşdirilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR