“Mən heç bir layihədə mənimsəmə etməmişəm, çünki..." - “Azərşəkər”in direktor müavini hakim qarşısında ifadə verdi
KRİMİNAL
10.04.2026, 09:36
Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərsun Holdinq"ə məxsus olan “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Mia.az Oxu.Az-a istinadən xəbər veirr ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Süleymanov ifadə verib.
O, ifadəsində bildirib ki, “Azərşəkər”də Texniki və Texnoloji İşlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb:
“Mən heç bir layihədə mənimsəmə etməmişəm. Çünki vəzifəm buna imkan vermirdi. Mən sadəcə texniki qiymətləndirmədə iştirak edirdim. Layihəyə nə qədər məbləğ ayrıldığını iş başlayandan sonra bilirdim. Torpağı çox yaxşı tanıyıram, əraziləri bilirəm. Bəzən layihələrə nəzarət edirdim. Pul işlərinə maliyyə şöbəsi, mühasibatlıq baxırdı. İşimin 60-70 faizi rayonlarda keçirdi. Mən texniki adamam, maliyyə işləri məni maraqlandırmırdı. Bu işə niyə məni cəlb etdiklərini bilmirəm, sadəcə texniki problemlərin həllinə kömək etmişəm. Əməkhaqqımdan əlavə heç bir pul almamışam”.
Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, onun Anar Mehdiyevlə yalnız texniki mövzularla bağlı söhbətləri olub.
O, hakimlərin suallarını cavablandırarkən isə qeyd edib ki, Ruslan Ələsgərovdan pul alıb: “Mən iki dəfə Ruslan bəylə görüşərək ondan ümumilikdə 65 min manat pul almışam. Bu vəsaiti səhhətimlə bağlı xərclər üçün götürmüşəm”.
Növbəti məhkəmə prosesi mayın 14-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə vurulan ziyanı tam ödəyiblər.
Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınıb.
Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, eyni zamanda “Dastan Agro” MMC-nin təmsilçisidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
LAMİYƏ ZAMANIN GÜZGÜ ÜZƏRİNDƏ PORTRET ƏSƏRİNİN TƏQDİMATI OLDU - FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
Kürəkən yatmış vəziyyətdə qayınatasını öldürüb
Bugün, 11:00 KRİMİNAL
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bugün, 10:56 CƏMİYYƏT
-
MALİYYƏ NAZİRLİYİ İLƏ AAYDA-nın YOXLAMALARI: nəticə cəmiyyətə niyə açıqlanmadı?
Bugün, 10:48 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti və oğlu qandallandı
Bugün, 10:31 GÜNDƏM
-
Faiz müqabilində borc verilməsi... - Ali Məhkəmə sələmçilərlə bağlı yeni izahat yaydı
Bugün, 10:28 CƏMİYYƏT
-
Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb - Bu ixtisasa keçid balı..
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti 2 dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İsrail Qəzzada Su Təmizləmə Stansiyasını bombalayıb - Çoxsaylı ailələrdən təcili evlərini tərk etməyi tələb olunub
Bugün, 09:13 DÜNYA
-
İspaniya komandasında gərginlik - Hücumçu "Beşiktaş"a görə məşqə çıxmır
Bugün, 09:04 İDMAN
-
Türkiyə super liqası: "Kocaelispor" "Amedspor"a şans vermədi
Bugün, 00:50 İDMAN
-
"Real Madrid"də futbolçuların maaşı... - TAM SİYAHI
Bugün, 00:38 İDMAN
-
Rusiyalı akrobat səhnədə yıxıldı, 11 sümüyü qırıldı - Fantastik təzminat iddiası qaldırdı
Bugün, 00:27 MƏDƏNİYYƏT
-
ABŞ qonşu ölkəyə əlavə tarif tətbiq elədi, Vitse-prezident isə təhdid yağdırdı: "Biz olmasaq, sizi işğal edərlər"
Bugün, 00:20 GÜNDƏM
-
Avtoritet "zapravka"da belə vuruldu - FOTO
Bugün, 00:20 KRİMİNAL
-
Rusiya ordusu Odessaya zərbə endirdi
Bugün, 00:14 GÜNDƏM
-
İRANDAN ABŞ-a ƏKS-HÜCUM XƏBƏRDARLIĞI: "Əgər bizə hər hansı zərbə olarsa..."
Bugün, 00:09 GÜNDƏM
-
"Trabzonspor" Salahın keçmiş komanda yoldaşını da heyətə cəlb elədi - 2 illik müqavilə və...
Bugün, 00:06 İDMAN
-
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
24.08.2026, 23:20 SİYASƏT
-
Aygün Kazımova indi də belə gündəmə gəldi
24.08.2026, 22:32 ŞOU-BİZNES
-
Nərgiz Cəlilova yenidən efirə qayıdır
24.08.2026, 22:26 PRESS
-
Seymur Salahzadə Ukraynada saxlanılıb
24.08.2026, 20:22 KRİMİNAL
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
24.08.2026, 20:17 GÜNDƏM
-
Kenan Yıldız ağır zədə aldı - İki ay oynamayacaq
24.08.2026, 19:23 İDMAN
-
Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib
24.08.2026, 18:45 İQTİSADİYYAT
-
İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?
24.08.2026, 18:35 GÜNDƏM
-
Heydər Əliyev Fondunun vitse-prezienti Özbəkistan prezidentinin qızları ilə bir arada - FOTO
24.08.2026, 18:00 CƏMİYYƏT
-
APARAT RƏHBƏRİ DƏYİŞDİ - Komitədə yeni təyinatlar
24.08.2026, 17:55 GÜNDƏM
-
Elçibəyin qardaşı qızının evi əlindən alındı - DETALLAR
24.08.2026, 17:51 GÜNDƏM
-
Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib
24.08.2026, 17:46 GÜNDƏM
-
Elgizin yeni verilişi harada yayımlanacaq? - Açıqlama
24.08.2026, 17:31 PRESS
-
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini izləyib
24.08.2026, 17:29 SİYASƏT
-
Mənsur Yavaş siyasətdən gedir: "Əgər şərtlər formalaşmazsa..."
24.08.2026, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
24.08.2026, 17:00 İQTİSADİYYAT