Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi

Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi

İDMAN

02.04.2026, 09:20

Türkiyə millisinin və “Yuventus”un futbolçusu Kənan Yıldız fenomeni İtaliyada gündəmdədir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İtaliya Seriya A-da mart ayının “yüksələn ulduz”u seçilib.

Bununla da Kənan bu mövsüm ikinci dəfə eyni mükafatı alıb.

Serie A veb saytında verilən açıqlamaya görə, 27-30-cu turlarda 23 yaşdan kiçik oyunçular arasında Kənan ən yaxşı performans göstərib: “Yeni mükafatı Kənan Yıldıza  6 apreldə - “Yuventus”un “Genoa” ilə oyunundan əvvəl təqdim olunacaq”

Fərid ASLAN
MİA.AZ

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR