Şöbə müdiri müşavir təyin edildi

Şöbə müdiri müşavir təyin edildi

CƏMİYYƏT

12.03.2026, 12:57

Gənclər və idman naziri Fərid Qayıbov özünə yeni müşavir təyin edib.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramil Cabbarov gənclər və idman nazirinin müşaviri vəzifəsinə təyin olunub.

O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri işləyib. Həmin şöbəyə müdir isə Ülviyyə Axundova təyinat alıb.

Xatırladaq ki, 1988-ci il təvəllüdlü R.Cabbarov 2021-2023-cü illərdə də gənclər və idman nazirinin müşaviri vəzifəsində çalışıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR